“Hədəfimiz Əliyev rejimini dəyişməkdir”

05.01.2014 - 16:01

AXCP 2014-cü il üçün fəaliyyət planını qəbul etdi

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin bu ilki ilk
sessiyası yanvarın 4-də keçirildi. Sessiyanın güdəliyində duran məsələ 
2014-cü ildə AXCP-nin fəaliyyət planı və ictimai-siyasi vəziyyət idi.
Gündəliyin
təsdiqindən sonra AXCP sədri Əli Kərimli gündəlkikdə dayanan məsələlər
barədə məruzə etdi. AXCP sədri ötən ilki bəzi önəmli ictimai-hadisələrlə
bağlı ümumi dəyərlədirmə apardı, bugünkü vəziyyəti təhlil etdi,
hazırlanan fəaliyyət planı və qarşıda duran vəzifələr barədə fikirlərini
açıqladı.

Ötən ilin üç vacib hadisəsindən çıxan vəzifələr

Əli Kərimli ötən ilin sonlarında baş verən 3 hadisəyə – bahalaşma,
Ukraynadakı etirazlar və Qarabağ qazisi Zaur Həsənovun özünü
yandıramasına toxundu, onları şərh edərək bu il üçün fəaliyyət planı ilə
uzlaşdırdı.

Bahalaşma

Bahalaşmanı İlham Əliyev hakimiyyətiin yatıtmaz siyasəti kimi tənqid
edən Əli Kərimli, təəssüfləndi ki, əhalinin çoxu hələ bu prosesi düzgün
qiymətləndirmir və elə buna görə də Milli Şuranın bahalaşma əleyhinə
aksiyasında elliklə dəstək müşahidə olunmayıb: “Mitinq təyin etdik və
birlikdə bahalaşmaya etirazımızı bildirdik. Çox təəssüf ki, Azəraycan
xalqı bu bahalaşmanın hansı fəsadlara səbəb olacağının fərqində
olmadığına görə mitinqi daha çox siyasi fəalların hesabına keçirdik. 
Görünür, hələ xalqı tam inandıra bilmədik ki, bu qiymət artımına ciddi
şəkildə etiraz etmək lazımdır. Burdan 2014-cü il üçün vəzifəmiz çıxır.
Çünki bilirik ki, baş verən bahalaşma epizodik deyil, davam edəcək
prosesdir”.
Əli Kərimli bildirdi ki, Azərbaycan iqtisadiyyatının tam
olaraq neftdən asılı olmasına bağlıdır: “Neft istehsalının aşağı düşməsi
avtomatik olaraq büdcədə müəyyən kəsir yaradıb, çünki boğazdan yuxarı
vədlər versələr də, qeyri- neft sektoru inkişaf etdirilməyib və buna
görə də dövlətin gəlirləri əsasən neft gəlirləri ilə bağlıdır.
İqtisadçılar qarşıda neftin qiymətinin düşməsini də proqnozlaşdırırlar.
Bu isə o deməkdir ki, həm istehsalın azalması, həm neftin ucuzlaşması
daha ciddi iqtidasdi çətinliklər, onun nəticəsi kimi sosial gərginlik
yaradacaq. Deməli, bizim qarşıdakı vəzifələrimizdən biri bununla
müəyyənləşir: xalqımızın sosial problemlərinə sahib çıxmaq, xalqımızla
birgə bu sosial ədalətsizliyə etiraz etmək, hökumətin bu siyasətin
ardıcıl tənqid edib etiraz aksiyalarının başında dayamaq”.

Ukrayna və biz

Ukrayna etirazlarını AXCP sədri bəşəriyyət üçün müsbət nümunə kimi
qiymətləndirdi. O, bildirdi ki, son on ildə ukraynalılar  ikinci dəfədir
dinc mübarizənin gücünü göstərir: “Baş verənlər, Ukrayna xalqının
azadlığa, ədalətə can atmasıdır. Onların mübarizəsi xalqımızı da
ruhlandırır. Göstərir ki, xalq əlverişsiz şəraitdə olsa da, həmrəylik
göstərib hamılıqla mübarizə aparanda, gerçəkdən məğlubedilməz olur”.
Əli
Kərimli əminliyini ifadə etdi ki, ukraynalıların göstərdiyi dinc
mübarizənin uğurları Azərbaycanda da Avrointeqrasiya naminə vacib
səfərbəredici rol oynayacaq. O, dedi ki, tərəqqi, ədalət  olan yerə
canatma bəşəriyyətin təbiətindədir və onların da Avropa Birliyinə
inteqrasiya istəyi bu əlamətlərə görədir, daha  kiminsə Azərbaycanı o
məkanda görmək istəyinə, dəbə görə yox: “Avropaya inteqrasiya bizim
xalqımıza ən yaxşı idarəetməni çatdırmaq arzumuzla bağlıdır. Ən yaxşı
idarəetməni bu ölkələr qura biliblər. İnsana ən yaxın olanı, insanın
problemlərinə ən çox qayğı göstərəni, insana xidmət edəni, ədaləti,
qanunu, sosial ədalətin, bazar iqtisadiyyatının qanunlarına ən çox əməl
olunduğu məkan bu gün Avropa Birliyidir. Ona görə biz o standartları
ölkəmizə gətirmək istəyirik”.
Partiya sədri dedi ki, 2014-cü ildə fəaliyyətlərinin bir vacib istiqaməti Avrointeqrasiya siyasətini diqqətdə saxlamaq olacaq.

Yanan təkcə qazi deyil

Əli Kərimli növbəti mühüm hadisə kimi Qarabağ qazisi Zaur Həsənovun
intiharı hadisəsindən danışdı: “Zaur Həsənov dəfələrlə, iyun ayından
etibarən bəyan edirdi ki, yaşamaq imkanları tükənib, özünü öldürməkdən
başqa çarəsi qalmayıb. Amma Azərbaycan hakimiyyəti kar oldu, kor oldu,
onun harayını eşitmədi, görmədi…”.
Əli Kərimli vurğuladı ki,
Qarabağ qazisi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyevin ucbatından özünü yandırsa da, məsuliyyəti təkcə Mehbalıyev
daşımır: “Səttar Mehbalıyev buna görə əlbəttə ki, mütləq cavab
verməlidir. Amma təkcə o yox. Zaur Həsənovla bağlı ədalətsiz məhkəmə
qərarları çıxaran hakimlər də, Qurana and içib bütün vətəndaşların
prezidenti olacağına söz verən İlham Əliyev də məsuliyyət daşıyır”.
Ölkədə
sosial-iqtisadi vəziyyətin ağırlığına görə Zaur Həsənov kimi yaşamaq
imkanları tükənən, intihar həddinə çatan xeyli insanın olduğuna diqqət
çəkən Əli Kərimli “Başladığımız bu ildə xalqımızın sosial problemlərinə
sahib çıxmaq, aztəminatlı ailələrin, Qarabağ qazilərinin, işsizlərin
problemlərini vaxtaşırı qaldırmaq, onların həlli üçün proqramlar,
təkliflər hazırlamaq, onları aktual problem kimi hökumətin qarşısında
qaldırmaq vəzifəmiz olacaq” söylədi.

Milli Şura

AXCP sədri sonra Milli Şurada yaşanan son proseslərlə bağlı
fikirlərini bölüşdü: “Ötən il baş verən daha bir hadisə xalqın gələcəyə
ümidlərini artıran Milli Şurada müəyyən söz-söhbətlərin yaranması oldu.
Çox təəssüf ki, bəzi dostlarımız Milli Şuranın taleyi ilə bağlı sual
yaranmasına səbəb olan addımlar atdılar. Milli Şura yaranan kimi
hakimiyyətin əsas hədəfinə çevrildi. Çünki hakimiyyət Milli Şurada onun
hegamonluğuna son qoyacaq qüvvəni, xalqı səfərbər edəcək gücü gördü.
İndi ürək ağrıdıcıdır ki, müxalifət daxilindən də Milli Şuranı gözdən
salan addımlar atılır. Kimlərəsə xoş gəlməsə də, cəbhəçilər Milli Şuranı
müdafiə edir və bundan sonra da müdafiə edəcək.
Məgər, Milli Şura
yarananda biz hamımız bir yerdə demədikmi ki, bu, xalqımızın mənafeyinə
uyğundur. Məgər bir yerdə bəyan etmədikmi ki, Milli Şura 2013-də
qeyri-bəarabər şəraitdə İlham Əliyev üzərində mənəvi qələbə qazandı.
İndi nə baş verdi ki,  Milli Şuarnı müdafiə edirik deyə, bizə təkəşşür
əvəzinə qınaq və ittiham səsləndirirlər?
Milli Şuranı
qoruyub-saxlamaq qarşıdakı dövrdə də əsas prioritetimiz olmalıdır. Biz
ikitərəfli görüşümüzdə Müsavat rəhbərliyinin də nəzərinə çatdırdıq ki,
hər hansı alternativ axtarışını təqdir etmirik, Milli Şura formatında
birliyə israrlıyıq və Müsavatın da bu birlikdə qalmasını istəyirik”.

Xalqda inam

Daha sonra Əli Kərimli Məclisə təqdim edilən “Fəaliyyət planı”
layihəsi barədə fikir və təkliflərini açıqladı. O bildirdi ki, 204-cü il
üçün də partiyanın strateji hədəfi dəyişməyib – bu, rejim
dəyişikliyidir. Ölkədə köklü dəyişikliyin olması üçün isə partiyanın
görəcəyi konkret işlər var və bunlar fəaliyyət planında əks olunmalıdır.
Əli
Kərimli bu sırada ilk olaraq, xalqın köklü dəyişikliklərə – rejim
dəyişikliyinə inamını yaratmağı göstərdi. Buna nail olmaq üçünsə o, 
müxalifətin böyük birliyinin qorunub saxlanmasını vacib vəzifə sayıdı.
Bələdiyyə seçkiləri
AXCP
sədri bu ilki bələdiyyə seçkilərində iştiraka qərar verəcəkləri
təqdirdə, prosesə mütəşəkkül qaydada qoşulmağı da fəaliyyət planlarının
tərkib hissəsi kimi vurğuladı.
Avropa Birliyinin 2015-ci ildə Riqada
keçiriləcək “Şərq tərərfdaşlığı” sammitində Azərbaycanın məsələsinin
müsbət həll olunması üçün bu il ciddi fəaliyyət göstərilməsini də AXCP
sədri prioritet elan etdi.

***

Əli Kərimlinin fikirincə bu ilki fəaliyyətdə bu işlər də mütləq əsas götürülməlidir:
– Seçki komissiyalarının yenidən təşkili də daxil olmaqla, seçki islahatına nail olmaq;
– Ölkədə prezident və parlament seçkilərinin saxtalaşdırıldığını və növbədənkənar seçki tələbini gündəmdə saxlamaq;

Hakimiyyətin yarıtmaz idarəetməsini, irimiqyaslı korrupsiya əməllərini
ardıcıl olaraq ifşa edib, problemlərin həlli yolları ilə bağlı
alternativ təklif və proqramları cəmiyyətə təqdim etmək;

Maaşların, təqaüdlərin, müavinətlərin azlığını, digər sosial probləmləri
və cəmiyyətdəki sərt təbəqələşməni diqqətdə saxlamaq, hüquqları uğrunda
mübarizə aparan bütün təbəqələrə dəstək vermək;
– Siyasi məhbusların hüquqlarının daha səmərəli müdafiəsini təşkil etmək.
Gənclərşmə və xanımlar
Partiya
gücünün artırılması istiqamətində çıxışında Əli Kərimli tənqidi
danışdı. Bəzi şöbələri günün və nizamnamənin tələbləri ilə uyğunlaşmayan
fəaliyyətə görə qınadı. O, bütün bölgə və strutukturlar üzrə gəncləşmə
siyasəti aparılmasına çağırış etdi. Bundan başqa o, bütün şöbələrdə
“Qadınlar şurası”nın yaradılmasını tövsiyyə etdi. AXCP sədri bildiridi
ki, xanımların təşkilatda varlığı, şuranın yaradılması görüntü naminə
yox, sahib çıxdıqları dünya görüşünün tələbi kimi qəbul edilib, bu
istiqamətdə işlənilməlidir.

***

AXCP sədrinin məruzəsindən sonra müzakirələr başladı. Məclis
üzvlərindən AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı,
Rəyasət Heyətinin üzvləri İradə Əliyeva, Seymur Həzi, AXCP Cəlillabad
Şöbəsinin sədri Təzaxan Mirələmli,  Ali Məclis üzvləri Şakir Abbasov
(Xəzər), Şirəli Şirəliyev (Ağsu), Laçın Əsgərli (Masallı), Murad Sultan
(Səlyan) gündəlikdəki məsələlər barədə fikirlərini bildirdilər.

***

Müzakirələrdə Milli Şuranı qoruyub saxlamağın vacibliyi, ölkədəki
Əliyevçi rejimin xalq arasında etimadını tam itirdiyi, lakin xalqın
təşkilatlanması üçün müxaliətfin çox gərgin zəhmət çəkməli olduğu
vurğulandı.
Çıxışçılar “Fəaliyyət planı” ilə bağlı təkliflərini
verdilər. Sonda Məclis “Fəaliyyət planı”na təklifləri əlavə etməklə onun
qəbulunu Rəyasət Heyətinə həvalə etdi.
Məclis eyni zamanda Zaur
Həsənovun intiharına görə etiraz aksiyasında tutularaq, hazırda inzibati
qaydada həbsdə saxlanılan gənc fəallara qarşı işgəncə faktlarına etiraz
bəyanatının qəbul edilməsini vacib sayaraq, bu vəzifəni də Rəyasət
Heyətinə tapşırdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031