Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olundu

05.01.2014 - 16:04

Müdafiə naziri Zakir Həsənov bununla bağlı yeni əmr imzalayıb

 
Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.
Bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb.
Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan
polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin
edilib.
Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra
qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar
Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş
edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin
dekabr ayında isə o, ordu sıralarından təxris edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=3187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930