Məhşur “Susurluq” olayı yenidən araşdırılacaq
Türkiyədə açılmamış cinayət işləri ilə bağlı araşdırılma aparılarkən bir
vaxtlar ölkə gündəmini zəbt etmiş “Susurluq” məsələsinə yenidən
baxılıb. Ankara Cümhuriyyət Başsavcılığı 1996-cı ildə öldürülən
qumarxanalar kralı Ömər Lütfü Topal cinayətinə yenidən baxılması tələbi
ilə çıxış edib. Prokurorluq aralarında polislərin də olduğu
şübhəlilərin yeniden məhkəməyə çıxarılmasını tələb edərkən Mehmet Ağar,
Korkut Eken ve İbrahim Şahinin Topal cinayəti ilə bağlı məlumatlı
olduğunu, əməliyyatda iştirak edənlərə kömək etdiklərini və məsuliyyət
daşıdıqlarını bildirib.
Qeyd edək ki, 1990-cı illərin ortalarında
“Susurluq raporu” adını almış, Türkiyədə böyük qalmaqala səbəb olmuş
sənəd yayıldı. Bu sənəddə Azərbaycanın da adı hallanırdı və yüksək
vəzifəli məmurların bu olayla bağlılığı haqqında geniş məlumatlar dərc
olunurdu. Hətta 0 vaxtkı ölkə başçısı Heydər Əliyev bu məsələ ilə bağlı
xüsusi müşavirə də keçirmişdi.
Azərbaycanın o zamankı Xarici İşlər
Naziri Həsən Həsənov bu məsələyə görə Heydər Əliyev tərəfindən ciddi
tənqid olundu və nəticədə tutduğu vəzifədən azad edildi.
Short URL: http://www.cumhuriyyet.net/?p=3189