Cinayətkar aləm yeni böyük müharibəyə hazırlaşır
Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatçılarının əldə etdiyi
məlumata görə “Şakro Molodoy”un İspaniyadan qayıtmasından sonra “Ded
Xasan”ın tacı uğrunda qanlı mübarizə başlayacaq

məlumata görə “Şakro Molodoy”un İspaniyadan qayıtmasından sonra “Ded
Xasan”ın tacı uğrunda qanlı mübarizə başlayacaq
yeni böyük müharibəyə hazırlaşır. Bu barədə Rusiya hüquq-mühafizə orqanlarına
əməliyyat məlumatları daxil olub. Əməliyyatçılar bildirir ki, yeni
müharibə “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun
İspaniyadan qayıtmasından sonra başlayacaq. O, hazırda İspaniya
həbsxanasındadır və bu ilin yazında azadlığa buraxılacaq.
“Şakro Molodoy” cinayətkar aləmin kralı postuna “Ded Xasan”ın
öldürülməsindən sonra 1 nömrəli namizəd hesab edilir. Lakin onun
Moskvaya qayıtmaq planları slavyan qanqsterləri narahat edir. Hazırda
slavyanlar cinayətkar aləmdə faktiki olaraq liderdir. Həmçinin yeni
meydana çıxmış “vor zakon”lar mövqelərini möhkəmləndirir. “Şakro
Molodoy” qayıdandan sonra belələrini “vor zakon” adından məhrum etməyə
hazırlaşır.
öldürülməsində məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən
Lənkəranski”nin də daxil olduğu müxalif qruplaşmanın əlinin olduğu artıq
dəqiqləşdirilib. İtaliya karabinerləri “Ded Xasan”ın öldürülməsi
əməliyyatının necə planlaşdırıldığına dair səs yazılarına malikdir. Belə
ki, Romada keçirilən “sxodka”da kriminal avtoritetlər Merab Canqvelidze
və Tariel Oniani bu barədə qərar veriblər. İtaliya polisi onların
Rusiya həbsanalarından birində cəza çəkən “vor zakon”la telefon
danışıqlarını qeydə alıb. Həmin telefon danışığında “Ded Xasan”ın
öldürülməsi barədə hökm verildiyi bildirilir.
“Ded Xasan”ın öldürülməsindən sonra müxalif qruplaşma heç nə uda
bilməyib. Onun yerini dərhal yezidi kürdlər-yaxın qohumları tutub və
“Ded Xasan”ın nüfuzundan istifadə edərək onlarla kriminala yeni “vor
zakon” titulu veriblər. Daha sonra “Ded Xasan”ın tərəfdarları
“sxodka”lar keçiriblər və opponentlərinin “vor zakon” adından məhrum
edildiyi barədə həbsxanalara “ksiva”lar göndəriblər. Belə demək
mümkündür ki, “Ded Xasan”ın düşmənləri onu aradan götürdükdən sonra öz
mövqelərini möhkəmləndirə bilmədi və onların çoxu hazırda gizlənməyə
məcburdur. O cümlədən “Rövşən lənkəranski”.
məlumatlarına görə “Ded Xasan”ın düşmənləri əsasən Türkiyə və
Yunanıstanda məskunlaşıb. Rusiya cinayətkar aləmində isə hakimiyyət uzun
müddətdən sonra ilk dəfə qafqazlılardan slavyanlara keçib. Çox güman
ki, bu hakimiyyət dəyişikliyində Rusiya xüsusi xidmət orqanlarının da
rolu olub. Sayt qeyd edir ki, Soçi Olimpiadası ərəfəsində xüsusi xidmət
orqanları kriminal aləmlə müvafiq iş aparıb. Fəallıq göstərən istənilən
qafqazlı “vor zakon” ya ölkədən sürgün edilib, ya həbs olunub. Bununla
belə “Şakro Molodoy”un qayıtması hər şeyi dəyişə bilər.
görə Yeni İl ərəfəsində Rusiya hüquq-mühafizə orqanları İspaniyalı
həmkarları ilə “Şakro Molodoy” barədə məsləhətləşmələr aparıblar. Qərara
alınıb ki, o hər halda Moskvaya ekstradisiya olunsun. Birinci varianta
əsasən “Şakro Molodoy”u qeyri-leqal miqrant kimi Rusiyaya deportasiya
edəcəklər. İkinci varianta görə Rusiya onu təhvil verməyi istəyəcək.
Hazırda Rusiyada Zaxari Kalaşovun adı keçən cinayət işləri təzələnir.
Lakin Rusiya tərəfi şərt qoyub ki, Kalaşov Olimpiya oyunları tam başa
çatandan sonra ekstradisiya olunsun. Kalaşov yarışların bitməsindən bir
qədər tez həbsdən çıxacaq və belə görünür ki, ispanlar onu hansısa
müddət ərzində deportasiya təcridxanasında saxlayacaqlar. Qayıdandan
sonra isə onu kriminal aləmin kralı olmaq yolunda qanlı mübarizə
gözləyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3191