Ermənilər lotereya puluna Laçında Suriya ermənilərinə qəsəbə salır
Suriyadan qaçan ermənilər üçün Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində 37 evdən ibarət kiçik qəsəbə inşa ediləcək.
müavini” Artur Aqabekyan bildirib. Tikinti üçün vəsait isə Qarabağda
dekabrın 28-də keçirilən ilk “milli” lotereyadan əldə edilmiş gəlirdən
götürüləcək.
Qəsəbənin salınması üçün coğrafi baxımdan əlverişli ərazi seçilib.
Evlər Həkəri çayının sahilində, Laçın rayon mərkəzindən Ermənistana və
Xocavənd rayonuna gedən yolların kəsişməsində tikiləcək. A.Aqabekyan
jurnalistlərə bildirib ki, qəsəbənin salınması Qarabağda məskunlaşdırma
proqramı çərçivəsində həyata keçirilir. Tikinti işləri yaxın vaxtlarda
başlayacaq.
Dağlıq Qarabağda lotereya 300 min ədəd buraxılıb, onlardan 261 mindən
çoxu satılıb. Biletlər biri 5 dollardan olmaqla həm Qarabağda, həm
Ermənistanda və erməni diasporu arasında satılıb. Gəlirin 40 faizi
uduşların ödənilməsinə, 40 faizi evlərin tikintisinə, qalan 20 faizi
nəşriyyat xərclərinə ödənilib. Əsas prizlər kimi Xankəndində mənzil,
avtomobil və Qarabağa 300 turist putyovkası, habelə Xankəndi və Şuşada
toxunmuş 300 xalça oynanılıb.
Bildirilir ki, 2014-cü ildə də lotereya oynanılacaq və bu dəfə tiraj 1 milyon nüsxə olacaq.
Hazırda Laçında yaşayan Suriya ermənisi Vardan Petrosyan bildirib ki,
bu ərazilərdə məskunlaşmaq istəyən çoxdur. Çünki təsərrüfatla məşğul
olmaq, əkib-becərmək üçün hər cür şərait var. Lakin mənzil problemi
çoxlarının qarşısında ciddi əngəldir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3193