Həkimlər Ariel Şaronun kritik vəziyyətdən sağ çıxacağına şübhə edirlər

05.01.2014 - 18:05

Həkimlər Ariel Şaronun kritik vəziyyətdən sağ çıxacağına şübhə edirlər

Həkimlər Ariel Şaronun kritik vəziyyətdən sağ çıxacağına şübhə edirlər
 
Koma vəziyyətində qalan İsrailin keçmiş Baş-naziri Ariel Şaronun həkimi
Zeev Rotşteyn bildirib ki, onun pasiyenti indiki kritik durumdan, çox
güman kı, sağ çıxa bilməyəcək.

Ötən gecə Şaronun qan təzyiqi sabitləşib, lakin o, əvvəlkitək kritik vəziyyətdə qalmaqdadır.

Professor Rotşteyn bildirirb ki, Şaronun ömrü bir neçə günlükdür.

“Hazırda o, özünü rahat hiss edir. Bizim
anladığımız qədər, onun narahatlığı yoxdur, və əlavə tədbir görülməsinə
ehtiyac yoxdur”, həkim qeyd edib.

2006-ci ildən komada olan İsrailin keçmiş Baş
naziri Ariel Şaronun vəziyyəti son günlərdə böyrək çatışmağlığı
səbəbindən xeyli pisləşmişdi.

85 yaşında olan cənab Şaronun bir neçə daxili orqanının, o cümlədən, böyrəklərinin çatışmazlığı aşkarlanıb.

Son məlumatda onlar deyiblər ki, onun həyatı hələ də təhlükə altındadır, amma o, ağrı içində deyil və mübarizə aparır.

İsrailin Baş naziri Ariel Şaronu 2005-ci ilin sonunda insult vurmuşdu və o zamandan Şaron koma vəziyyətindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031