Obama ailəsində nə baş verir..?

05.01.2014 - 18:09

 
ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişelə qeyri-adi Yeni İl
hədiyyəsi edib. Belə ki, prezident B.Obama öz xanımına Havay adalarında
dostları ilə istirahət etməyə icazə verib. Və məzuniyyətini bitirən
prezident onu Havay adalarında dostlarıyla yalqız buraxaraq, geri dönüb.
Bu barədə Associated Press agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat verib. 
ABŞ prezidentinin nümayəndəsi bildirib ki, birinci ledi – Mişel
Obama son iki həftə ərzində dincəldikləri Havay adalarından əri və
onların iki qızları ilə birlikdə evə qayıtmaq əvəzinə bu kurort
məkanında qalıb. 
Obama ailəsi son dövrlərdə daha çox fərqli səbəblərlə gündəmə gəlməyə başlayıb. Agentlik qeyd edir ki, iki həftəlik məzuniyyət zamanı prezident Obama dəfələrlə qolf oynayıb və dəbdəbəli məclislərə qatılıb. 
2013-cü il dekabrın sonunda amerikalı jurnalistlər prezident
Obamanın öz həyat yoldaşı ilə münasibətlərində ixtilaf yaşadığından
şübhələnmişdilər. Amerikalı tabloid National Enquirer adının
açıqlanmasını istəməyən mənbəyə istinad edərək, prezidentin və onun
həyat yoldaşının hazırda müxtəlif otaqlarda yaşadıqlarını iddia etmişdi.
Bundan başqa, onların arasında guya mümkün boşanma variantı da artıq ciddi şəkildə müzakirə olunur. 

Short URL: http://www.cumhuriyyet.net/?p=3196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930