Hakimiyyət xalqa daha bir zərbə vuracaq

05.01.2014 - 21:31

Yeni ilin ilk iş həftəsi qazın, işığın, suyun və digərlərinin bahalaşması ilə başlaya bilər

 

Sabah – yanvarın 6-sı, yeni ilin ilk iş həftəsi hökumətin gözlənilən bahalaşma qərarı ilə başlaya bilər.

Hökumət iqtisadiyyatın neftdən asılılığını azaltmağa yönəlmiş yeni
iqtisadi siyasəti həyata keçirməyə başlayıb və bu siyasətin birinci
mərhələsinin əsas prioritetləri enerjidaşıyıcılarının, o cümlədən
kommunal xidmətlərin bahalaşdırılmasıdır.

Hökumət bahalaşma siyasətini əslində yeni ilin gəlşini gözləmədən
başladıb. Dekabrın əvvəllərində benzin və dizel yanacağının qiyməti
əhəmiyyətli ölçülərdə artırılıb və bu, bir növ əhalinin daha
genişmiqyaslı bahalaşmağa psixoloji hazırlığına yönəlmiş addım hesab
edilə bilərdi.

Tarif Şurasının dekabr qərarı ilə təbii qazın topdansatış qiymətləri
də artırılıb. Bu isə o deməkdir ki, təbii qazla işləyən istilik elektrik
stansiyalarında istehsal edilən elektrik enerjisinin maya dəyəri
yüksəlib. Bu baxımdan hökumət əhaliyə satılan elektrik enerjisinin
qiymətini artırılması üçün artıq obyektiv səbəbin yarandığını deyə
bilər. O cümlədən əhaliyə satılan təbii qazın, içməli suyun və digər
kommunal tariflərin də artırılacağı proqnozlaşdırılır.

Təcrübədən məlumdur ki, rəsmilər, o cümlədən bahalaşma
qərarını formal olaraq elan edən Tarif Şurası heç vaxt qiymətlərin
artırılacağını artım qərarından əvvəl təsdiqləmir. Ən yaxşı halda bu
mövzuda suallara “hələlik gündəlikdə yoxdur” şəklində diplomatik
cavablar verirlər. Bahalaşma qərarı isə adətən gecə yarısı elan edilir.
Bu səbəbdən Yeni il ərəfəsində rəsmilər təbii qazın, elektrik
enerjisinin, içməli suyun və s. bahalaşmasının mümkünlüyü barədə
suallara ənənəvi üslubda cavab veriblər.

Doğrudur, daha qəti danışıb “yeni bahalaşma olmayacaq” deyənlər də
olub. Ancaq bu da bahalaşmadan sığortalamır. Məsələn, benzinin
bahalaşmasından bir neçə gün əvvələ qədər rəsmilər “heç bir bahalaşma
olmayacaq” deyirdilər və bu barədə yayılan xəbərləri təkzib edirdilər.

Ona görə də yeni ilin ilk iş həftəsinin birinci iş gününün gözlənilən
bahalaşma baxımından olduqca riskli gün olduğunu qətiyyətlə demək olar.
Böyük ehtimalla Tarif Şurası növbəti bahalaşma qərarını həmin gün elan
edə bilər. Söhbət təbii qazın, elektrik enerjisinin və içməli suyun,
habelə kanalizasiya tariflərinin artırılmasından gedir.

Əslində əhali arasında gəzən şayiələrdə benzinin də yenidən
bahalaşacağı deyilir. Hətta yanvar başlayan kimi bəzi bölgələrdə
yanacaqdoldurma stansiyalarında benzin satışına məhdudiyyət tətbiq
edildiyi, bu üzdən ciddi ajiotaj yarandığı barədə xəbərlər də yayıldı.
Tarif Şurasından kimsə istirahətini pozub bu xəbəri təkzib etməli oldu.

Ekspertlər hökumətin benzini son iki ayda ikinci dəfə
bahalaşdıracağını ağlabatan hesab etmir. Hərçənd ki, biz “analoqu
olmayan ölkədə” yaşayırıq və burada hər hansı gözlənilməzlik anlayışı
yerinə düşmür. Hər halda benzinin təkrar bahalaşması ağlabatan görünməsə
də bu qənaəti qaza, işığa, suya və digərlərinə şamil etmək olmaz.

Beləliklə, yeni ilin ilk iş həftəsinin ilk iş gününü gözləyək…

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3198

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031