10 İldə ölkədən 17 milyard dollar çıxarılıb
Azərbaycandan xaricə qeyri-leqal şəkildə 17 milyard dollar axıdılıb
10
il ərzində Azərbaycandan qeyri-leqal olaraq 17 milyard, Ermənistandan 6
milyard, Gürcüstandan isə 4,5 milyard dollar vəsait qanunsuz olaraq
çıxarılıb. 2002-2011-ci
illər ərzində Ermənistandan 6,2 milyard dollar vəsait qanunsuz olaraq
ölkə hüdudlarından kənara çıxarılıb. “Bu haqda Amerika Tədqiqatlar
Təşkilatının İnkişaf etməkdə olan ölkələrdən qeyri-qanuni maliyyə axını:
2002-2011” adlı hesabatında bildirilir. Bu məlumatların mənbəyi
açıqlanmasa da, Ermənistanın adı həmin cədvəldə qarşısında 6,2 milyard $
rəqəmi yazılmış xanada qeyd olunub.
Regionun
digər ölkələri barədə məlumatlar isə bu cür göstərilib: Azərbaycandan
qeyri-leqal yolla çıxarılmış vəsaitin həcmi 17 milyard $ ötüb keçdiyi
halda, Gürcüstanın göstəricisi 4,5 milyard $, Türkiyə – cəmi 987 milyon $
təşkil edir, İran haqqında isə heç bir məlumat yoxdur. Amerika
təşkilatının məlumatına inansaq, bu kədərli siyahının rekordsmeni
Rusiyadır. Göstərilən müddət ərzində Rusiyadan qanunsuz olaraq 881
milyard $ vəsait çıxarılıb.
Bütövlükdə
isə hesabat müəlliflərinin fikrincə, 2011-ci ildə dünya üzrə inkişaf
etməkdə olan ölkələrdən çıxarılan vəsaitin həcmi 14% artaraq 946 milyard
$ təşkil edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3212