Qqtay Şirəliyevə tabe idarədə 49 min manatlıq yeyinti

06.01.2014 - 03:43

Gigiyena və Epidemiologiya Mərkəzi Şuşanın rayon aptekiylə “quyruqlu” əməliyyat həyata keçirib
Gigiyena və Epidemiologiya Mərkəzi Şuşanın rayon aptekiylə “quyruqlu” əməliyyat həyata keçirib

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
həyata keçirdiyi alqı-satqı əməliyyatlarından birinin kifayət qədər
şübhəli olduğu diqqəti çəkir. Apardığımız araşdırmaya görə, bu ilin ilk
10 ayı ərzində dezinfeksiyaedici və dezinseksiyaedici maddələrin satın
alınması üçün tender elan etmiş GEM elə bir addım atıb ki,
şübhələnməməkdən başqa yol qalmayıb.
Belə ki, həmin tenderin Şuşa 149 saylı Mərkəzi rayon apteki tərəfindən
udulduğu və həmin pereparatların alınması üçün isə 49000 min manat sərf
olunduğu qeyd olunur. Şübhə doğuran və işin içində korrupsiyanın
olduğunu işarə edən başlıca məqam tenderin qalibinin necəliyidir. Əvvəla
Səhiyyə Nazirliyinin böyük bir idarəsi olan GEM-in həmin maddələri
alması üçün yetərli qədər şirkətlər və firmalar var. Üstəlik, ölkənin ən
iri şirkətlərinə bu maddələri almaq üçün sifariş etmək də çətin məsələ
deyil. Amma Şuşa 149 saylı Mərkəzi Rayon Aptekinin seçilməsi və həmin
maddələri də ondan almaq açıq şəkildə 49 min manatın silinməsinə xidmət
etməkdən başqa bir şeyə bənzəmir.
Digər tərəfdən, ümumilikdə araşdırdıqda Şuşadakı məlum aptekin işləyib,
işləmədiyi belə məlum deyil. Hərçənd onun hansı rayonda və şəhərdə
fəaliyyət göstərdiyi də araşdırma mövzusudur. O cümlədən, bir rayon
aptekində bu qədər dezinfeksiyaedici maddənin olması da yetərli qədər
şübhəlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3214

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031