Heydər Əliyev prospektində deportasiya

06.01.2014 - 04:05

Yenicə təmir edilmiş binalar indi də sökülür; əhalinin köçünə başlanıb

 

Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzindən Ağa Nemətulla
küçəsinə qədərki ərazidə yerləşən binalarda yaşayan sakinlər sakitcə
köçürülüb. 40-cı illərin sonlarında tikilmiş bu evlər şəhər
hakimiyyətinin qərarı ilə söküləcək, onların yerində isə 8 ədəd
yeddimərtəbəli bina tikiləcək. Bu ərazidə olan yalnız bir yataqxana
binasının taleyi naməlum olaraq qalır. Hazırda yataqxana sakinləri ilə
danışıqlar aparılır.

Bir məqamı da qeyd edək ki, sakinlərin köçürülməsi prosesi sakitcə,
dinc və mədəni şəkildə həyata keçirilib, heç bir qarşıdurma, kiminsə
hüquqlarının pozulması halları baş verməyib. Halbuki bir neçə il öncə
“Qış parkı” tikilərkən Heydər Əliyev adına Sarayından Füzuli meydanına
qədərki ərazilərdən kütləvi köçürülmə kütləvi qanun pozuntuları ilə,
zorakılıqla müşayiət olunmuşdu. Bu faktlar həm ölkə daxilində, həm də
xaricdə kəskin tənqid edilmişdi.

O da məlum olub ki, Heydər Əliyev prospektində sakinlərin köçürülməsi
zamanı hər kəslə fərdi qaydada söhbət aparılıb. Məsələ sakinlərin
mənzilinin sahəsi, ailə üzvlərinin sayı, mənzilin təmir səviyyəsi və
vəziyyəti nəzərə alınmaqla həll edilib. Bu zaman standart qiymət – hər
kvadratmetrə 1500 manat qaydası tətbiq olunmayıb. Sakinlərə ya
mənzillərinin real dəyərinə uyğun nağd pul, ya da köhnə binanın yerində
tikiləcək binada mənzil təklif olunub. İkinci təklifi qəbul edənlərə
müvəqqəti olaraq kirayədə qalmaq üçün ayda 300-500 manat arasında vəsait
də ödənib.

Bu ərazidəki yeni binalar 2015-ci ilin yazına –  iyunda Bakıda
keçiriləcək I Avropa Olimpiya Oyunlarına qədər tikilib istifadəyə
verilməlidir. Amma bir şey qaranlıq qalır ki, üç il qabaq üzü, fasadı
ideal təmir olunan və daha yaxşı görünən həmin köhnə binaları sökməyə nə
səbəb olub, bunlara nə ehtiyac vardı. Əgər söküləcəkdisə, niyə təmir
olunurdu? Təmir olunubsa, niyə sökülür? Bu cür qərarın verilməsi
haqqında 20 ildir söhbət gedən Bakının Baş Planının olmamasından xəbər
verir.

Sonda bir detalı da qeyd edək. Moskva prospektinin adını dəyişib
Heydər Əliyev prospekti qoyandan sonra hakimiyyət bura daha çox diqqət
yetirir, infrastrukturu dəyişir. İnzibati bina və ofislər. Olimpiya
kəndi, digər idman qurğuları məhz burada tikilir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3215

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31