Qafqaz Universitetində təhlükə mənbəyi

06.01.2014 - 04:23

Tələbələr nurçuluq
təbliğinə qarşı üsyana hazırlaşır

 

Redaksiyamıza Qafqaz universitetinin dövlətçiliyimizə təhlükə olması ilə
bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, nurçuların
Bakıda və Azərbaycanın digər bölgələrində, ümümən inkişaf etmiş dövlətlərdə
gəncləri necə yoldan çıxarmaları, torlarına salmaları və gələcəyə hesablanmış
bir mexanizmin “elmi ” şəkildə həyata.keçrilməsi ilə məşğuldular. Bu gün
Azərbaycanda fəaliyyət göstərən Qafqaz universiteti Nnurçu Təriqətinin əsas
mərkəzidir. Bu universitetdə müəllim və tələbə heyətinin çoxu nurçulardır. Buna
görə də nurçu olmayan tələbələr burada sıxışdırılır.
Elə bu səbəbdən də redaksiyamıza bir qrup millətçi tələbə şikayət məktubu
göndərərək bildirir ki, nurçu müəllimlər tərəfindən sıxışdırılırlar. Adının
çəkilməsini istəməyən tələbələr bildirdilər ki, onların bu gizli siyasi
məsələlərilə maraqlandığımız üçün universitetdən bizi kənarlaşdırmaq
istəyirlər: Şikayətçi tələbələr öz şikayət məktubunda bildirirlər
ki,”Turan” adlı klub yaratmışdıq. Həmin klub sırf türkçülüyü və
millətçiliyi təbliğ edirdi. Ancaq müxtəlif bəhanələrlə bizim klubu bağladılar.
Adsımızı da qoydular müxalifətçi. Hətta Əhməd Öksüz adlı prorektor Ermənilərin
əleyhinə proqramlar hazırladığımız üçün, dəfələrlə bizi hədələyərək, deyir ki,
sizin bu cür fikirdə olmağınız Ermənistanla yaranmaqda olan əlaqələrimizə
ziddir. Hətta bir mühazirəmizdə “Nankor erməni” yazmışdıq. Əhməd Öksüz onun
üstündən xətt çəkərək bu sözün deyilməsinə qarşı olduğunu bildirmişdi. Səbəb
soruşanda isə müxtəlif bəhanələr uyduraraq burnumuzu belə işlərə soxmamağı
tələb etmişdir. Biz məhtəl qalmışıq, bilmirik təhsil alırıq yoxsa… Bir neçə
dəfə bizi “nur evləri” deyilən yerlərə dərs oxumağa göndəriblər. Evə
girəndə məlum deyirdi ki diqqətli olun, burda nurçuluğun təbliğatı evidir. Evə
dəvət etməklə, mehriban münasibət göstərməklə guya bizə yaxşılıq edirdilər,
qayğı göstərirdilər. Ancaq tam əksinə, əsas hədəfləri gəncləri özlərinə çəkib
tərki-dünya etməkdən başqa bir şey deyildi bu isti münasibət. Bu universitetdə
bir sistem var. Kim, nurçu deyilsə onlar imtahanlardan yüz faiz kəsilməlidir..
Təriqətçi tələbələrə isə hər cür şərait yaradılır. Demək onların fəaliyyətində
gerçəkdən müəmma var. Və bütün bu olanlardan sonra bizim onlara inanmağımız
qeyri-mümkündür”
Bizə üz tutan tələbələr şok yarada biləcək məsələlərə toxunaraq NURÇUların
Azərbaycan dövlətinə həqiqətən qarşı olduqlarını deyir və ölkəmizin təhlükəsizliyini
xilas etməyə çağırırlar.
Qafqaz Universitetində baş verənlərlə bağlı ikinci problemli məsələ də diqqət
çəkir. Bu barədə məlumat verən Azerinews.tv bildirir ki,, Universitet
rəhbərinin ölkəmizdə internet media ilə dosluq əlaqələrinin qurmasıdılr. Ən son
məlumatlarda deyilir ki, son illər tanınmış saytlara universitet tərəfindən
ayrılan pul bir rayonun büccəsinə bərabərdir.Bu da həqiqətlərin üzə çıxmasının
ən böyük açarıdır. Bu gün bizə o da məlumdur, bizim bir nömrəli problemimiz
olan vahabilərin sırasına digəri, NURÇULAR da daxil olub. Bu problem vaxtında
aradan qaldırılmasa ölkənin həyatı təhlükə qarşısında qala bilər.

Mövzuya qayıdacağıq. Bizi izləyin.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3216

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31