“Qalatasaray” iki yeni transferə…

06.01.2014 - 11:35

"Qalatasaray" iki yeni transferə...

“Qremio” ilə “Grasşopper”dən transfer olacaq iki futbolçu üçün klublarına 9 milyon avro ödəniləcək

"Qalatasaray" iki yeni transferə...

“Qremio” ilə “Grasşopper”dən transfer olacaq iki futbolçu üçün klublarına 9 milyon avro ödəniləcək

 
“Qalatasaray” yeni iki transferə 9 milyon avro ödəyəcək. Mövsümün ikinci
yarısında heyətini gücləndirmək istəyən “Qalatasaray” klubu braziliyalı
sol cinah müdafiəçisi Alex Telles və boniyalı futbolçu İzət Hajrovic
transferlərini bitirmək üzrədir.
“Qremio” ilə “Grasşopper”dən transfer olacaq iki futbolçu üçün
klublarına 9 milyon avro ödəniləcək. “Qalatasaray” 21 yaşındakı Telles
üçün “Qremio”ya 6 milyon avro ödəyəcək və bu pul 6 ay ərzində Braziliya
klubuna veriləcək.
Alex Tellesə ilə 4,5 illik müqavilə imzalanacaq. Tellesin bu il yarım
dövrə üçün 500 min avro alacağı, qalan illərdə isə müqaviləsinə uyğun
olaraq (hər mövsüm 100 min avro artım olmaqla) 1 milyon avro pul
qazanacaq.
“Qalatasaray”ın İsveçrə klubu “Qrasşopper”dən transfer edəcəyi İzət
Hajrovic üçün isə klubuna 3 milyon avro ödənəcəyi müəyyən olunub.
Bosniyalı oyunçu ilə 4,5 illik müqavilə bağlayacaq İstanbul təmsilçisi
bu futbolçuya da illik 1 milyon avro ödəyəcək. Hajroviçin bu gün
İstanbula gəlməsi gözlənilir.
Bosniyalı futbolçu sabah Türkiyədə olacaq olan Telles ilə birlikdə klubun 8 yanvardakı Antalya düşərgəsinə yollanacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031