Elşad Abdullayevdən 150-ci şikayət
“Mahir
Abdullayevin oğurlanması cinayətində iştirak edən bir nəfər də olsun istintaqa
və məsuliyyətə cəlb olunmayıb”
“Azərbaycan hakimiyyətindən cinayətin açılmasını, cinayətkarların
tapılıb cəzalandırılmasını tələb edirəm”
Fransada mühacirətdə olan fəaliyyəti dayandırılmış
ABU rektoru Elşad Abdullayev Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevə
yenidən müraciət edib. Surəti YUNESKO-in xoş məramlı səfiri,Millət Vəkili
Mehriban Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova,Azərbaycan
Respublikası Ədliyyə Naziri Fikrət Əliyevə, Azərbaycn Respublikası Ali Məhkəməsinin
sədri Ramiz Rzayevə, Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə,
Bakı Agır Cinayətlər Mhkəməsinin hakimi Əlövsət Abbasova, Azərbaycan Respublukası
Baş Prokuroru Zakir Qaralova, Kütləvi İnformasiya Vasitələrinə, MTN zabiti
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə
göndərilən sayca 150-ci müraciəti tam şəkildə diqqətinizə çatdırırıq:
“Azərbaycanda
məhkəmə-hüquq sistemi böhran vəziyyətindədir, bizim şikayətimizlə bağlı 30-a qədər
qanunsuz məhkəmə hokum cıxarılıb, ancaq, azərbaycanda adam ogurlugu ilə məşgul
olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmış Milli Təhlükəsizlik
Nazirliyinin zabiti Mahir Abdullayevin taleyi haqqında məlumat yoxdur, əvəzində
zərərcəkimşi təhdid etməklə məşguldurlar
Yeni Müsavat , Azpolitika, Cümhuriyyət və s. KİV-də30 dekabr 2013 il tarixili məqaləsində
“Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm
oxunub” dair məhkəmə hökmünə etirazımı bildirirəm:
1.Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad
Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək
adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan
məhrum edilib.
Cavab olaraq
bildirirəmki, istintaqa kömək etmək məqsədilə hər
iki şəxslə bağlı gizli video görüntülər sosial şəbəkələrdə və KİV-də ictimailəşdirilmişdir. Ancaq, Mirsahib Məcidovun
və Natiq Babaşov haqqında və Qarbacovun dəstəsinin Mahir Abdullayevin
ogurluğunda bilavasitə iştirak edən diğər subyektləri haqqında məhkəmə hökmünü
qanunsuz, əsassız, qeyri obyektiv, qərəzli və həqiqətə uyğun olmayan siyasi
sifariş hesab edirəm.
Brincisi, bu höküm siyasi sifarişdir. Mənim söhbətim vdioe görüntülərdən göründüyü kimi
yalnız ogurlanmış MTN zabiti Mahir Abdullayevin geriyə qaytarılması haqqında
olubdur. Ancaq, siyasi sifarişi yerinə yetirən məhkəmə isə özü bilə-bilə əsas məsələdən
yan kecir, MTN zabiti Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılması ücün
qanunu borcunu yerinə yetirmir. Cinayət işinin əsas məqsədi MTN zabiti Mahir
Abdullayevin geri qaytarılmasıdır. Əksinə, azərbaycan məhkəmə sistemi azərbaycanda
adam ogurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı gizlətməklə özü
birbaşa cinayət edir. Mahir Abdullayevin taleyinə aydınlıq gətirmir, onu
ört-basdır edir. O, Avropa İnsan Hüquqlarını Mühafizəsi haqqında Konvensiyanı
acıq-aşkar pozaraq vəzifə mövqeyindən sui-istifadə edərək ağır cinayət edir. Azərbaycan
Məhkəmə sistemi azərbaycanda adam ogurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar
təşkilatı ifşa etmək iqtidarında deyildir.
İkincisi,“Qarbacovun
dəstəsi” MTN zabiti Mahir Abdullayevi geri qaytarmaq ücün 30 000 (otuz) min ABŞ doları avans almışlar.
Onlar Mahiri mənə təhvil verdikdən sonra bir milyon ABŞ dolları tələb edirdilər. Dəstənin başcısı Mirsahib Məcidov
və Natiq Babşova məhkəmə 7 il azadlıqdan
məhrum etmə cəzasına məhkum etmişdir. Ancaq, onların qanunvericiliyə görə cəzası
daha ağırdır, dəstənin diğər əsas üzvüləri cinayət məsuliyyətindən kənarda
qalmışdır. Deməli, dəstənin diğər üzvülərinin addam ogurlamaq haqqında
lisenziyası olduqları ücün onlar məhkəmə məsuliyyətinə cəlb olunmurlar.
Ücüncüsü, məhkəmənin ədalətsizliyinə fikir verin deputat Gülər Əhmədova MTN
zabiti Mahir Abdullayevin ogurlanması cinayətində iştirakına , ABU-nu məndən
cinayətkarcasına tələb etdiyinə və mandat alverinə görə məndən 2 000 000 milyon
ABŞ doları aldıgına görə ona az-yüngül cəza 3 il verilir .Halbuki, deputat Gülər
Əhmədovanın vəzifə mövqeyinə görə onlardan fərqli olaraq daha ağır cəza təyin
edilməli idi. Deputat Gülər Əhmədovaya ona görə az cəza təyin edilmişdirki,o,
and icirki pulu PİA müdüri Ramiz Mehdiyevə təhvil verib, bunu video-görüntülərdə
etiraf eənəsas şahid Sevinc Babayeva isə sifarişlə qətlə yetirilərək daha ağır
cəza – ölüm cəzasına məhkum edilmişdir. Məhkəə hökmünün qərəzli olması burdan
müəyyən edilir, ağır cinayətə görə deputat Gülər Əhmədovaya 3il, quyruq qulu
olan Mirsahib Məcidiva və Natiq Babaşova isə sifarişli 7 il həbs cəzası təyin
edilir. Bir hüquq professoru kimi deputat Gülər Əhmədovanın əməllərini ağır
dövləti cinayət hesab edirəm.
Bu günə qədər Gülər Əhmədovanın cinayət əməllərinə
prokurorluq və məhkəmə orqanlarındə düzgün hüquqi qiymət verilməmişdir. Gülər Əhmədova Azərbaycan
Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, 3 il
azadliqdan məhrum edilibdir, şəxsən mən bir hüquqşünas kimi, zərərcəkmiş kimi
Gülər Əhmədovanın cinayət əməllərinə belə hüquqi qiymət verilməsi ilə razı eyiləm.
Hər
şeydən əvvəl, mənim Gülər Əhmədova ilə əlaqəm qardaşım, Milli Təhlükəsizlik
Nazirliyinin zabiti Mahir Abdullayevin azərbaycanda adam ogurluğu ilə məşğul
olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanması və onun geri qaytarılması
müstəvisində aparılmışdır. Bizim Gülər Əhmədova ilə, hər şeydən
öncə, apardıgım danışıqların predmeti qardaşım Mahir Abdullayevin geri
qaytarılması olubdur. O, məni təhdid edərək Ramiz Mehdiyevə vermək adı ilə MTN
zabiti Mahir Abdullayevi geri qaytarmaq ücün 1 milyon ABŞ $ (ABŞ doları)
almışdır. Ramiz Mehdiyev vaxtı uzatdı və deputat seckiləri ərəfəsində qardaşım
Mahir Abdullayevi geri qaytarmaq ücün 1 milyonda əlavə edin və deputat
secildikdən sonra 2-3 günə qrdaşınız Mahir Abdullayevi də qaytaracayıq. Lakin,
faktiki olaraq Gülər Əhmədova mənim deputat kecməyimə maneəcilik törətmişdir.
Onların məqsədi məni fiziki cəhətdən aradan götürmək olduğunu müəyyən etdim.
2. Qeyd edək ki, E. Abdullayevin iyul ayında
yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı
kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir.
Cavab
olaraq bildirirəmki, Qarbacovun dəstəsi kimi Məcidov Mirsahib və Natiq Bbaşov
gizli videolarda MTN zabitləri İlqar və Fikrət Abbasovların mənə Milli Təhlükəsizlik
Naziri Eldar Mahmudovun vasitəci kimi təqdim etdikləri Mirsahib Məcidov (“Sahib
müəllim”,”Qarbacov”, “Seyid” ləqəbli) müəllimlə 20 aprel 2004 il tarixində
gizlin video görüntüləri 2013 il tarixində 10 %-i www.youtube.com və KIV-də ictimailəşdirilmişdir. Ərizəyə əlavə edirəm).
Sahib
müəllim (Mirsahib Məcidov) MTN nazirinin vasitəcisi, bundan əvvəl yayımlanan
9-cu vidodakı Prezident Mühafizə Xidmətinin əməkdaşları Səfər Kələntərovun,Natiq
Babaşovun, Yasirin,Şahinin Cəllabadskinin dəstəsi ilə mənimlə görüşərək Mahirin
geri qaytarilmasının pul bazarlıgını aparan şəxslərdirdir.
Sahib
müəllimi “dostları” arasında xüsusi əlamətlər oldugu ücün ” kəkillli”,
Qarbacov, seyid deyə cagrırdılar, ancaq pasport adı Mirsahob Mecidov idi. Mirsahib və Natiq Babşov 7 il azadlıqdan məhrum
edilibdir:
1.
Sahib müəllim, “Qarbacov” – MTNazirinin vasitəcisi, – 7 il məhkəmə məsuliyyətinə
cəlb olunmuşlar;
2.
Natiq Babaşov göycaylı – general Vaqif Axundovun Pezident Mühafizə Xidmətinin əməkdaşı,
polkovnik, əvvəllər MTNaziri Namiq Abbasovun köməkcisi, Göycaylı, Novxanıda
Hikmət Sabirabadskinin bag qonşusu – 7 il məhkəmə məsuliyyətinə cəlb
olunmuşdur;
MTN
zabiti Mahir Abdullayevin ogurluq cinyətini ğizlətmək məqsədilə mütəşəkkil
cinayətkar təşkilatşn əsas fiqurantlarını cinayət məsuliyyətindən kənar
saxlayırlar.
Qarbacovun
dəstəsinin qalan əsas üzvüləri isə Ramiz Mehdiyevin əmri ilə müxtəlif bəhanələrlə
məhkəmə qərəzli olaraq məsuliyyətindən
yayındırmışlar:
1. Səftər – Səftər Kələntətov general Vaqif Axundovun Prezident Mühafizə
Xidmətinin əməkdaşı, əvvəllər MTN əməkdaşı, Elşad müəllimlə dəfələrlə hərbi
formada görüşübdür,Naxcvanlı, Nehrəmli ;
2. Yasir naxcıvanlı, mənimlə müntəzəm DİN-in Banditiym İdarəsinin
yaxınlığında görüşən, Prezidentin əmisi oğlu İlqar Əliyevin adamı – Daxili İşlər
Nazirliyinin Mütəşəkkil Cinayətkarlıga Qarşı Mübarizə İdarəsibnin (Banditizm)
mayoru, adadm ogurlugunda pul işlərinə baxır, ip ucu ələ verdiyi ucün
eşşitdiyimə görə qətlə yetirilibdir;
3. Şahin “cəllabadski” – dövlətin “Vor Zakonu” , “killer”,Cəlilabad şəhər
mərkəzində Orta Məktəblə üzbə-üz yaşayır, hamısı da qanunsuz silah daşıyır,
onun həm MTN generalı Akif Covdarla və həmdə Arzu Kazımovla blavasitə əlaqələri
var idivə Mahirin ogurluq işində əlbir fəaliyyət göstərirdilər;
4. Mirbaba(Akif Covdarov) banda ilə(Sahib müəllimlə) MTN tərəfindən
danışıqlar aparanı vasitəcisi-MTN əməkdaşı-general ;
5. Mirsahib Mecidovun dəstəsi ilə Akif Covdarovun adı ilə danışıq aparan
Qulu Cəfərov Mahirin dostu, Mahiri ələ verən, MTN generalı Akif Covdarovun
qohumu,iş verəni;
6. Sənan İbrahimov Mahirin dostu , Mahiri ələ verən, MTN generalı Hilal
Əsədovun qohumu , iş verəni və onların sifarişini yerinə yetirən müğənli Mətanət
İsğəndərli.
3.
M. Məcidov isə fəaliyyəti dayandırılan
Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb
və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.Binəqədi Rayon Polis İdarəsinin
Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində M. Məcidov tutulub.
Cavab olaraq bildirirəmki, bu ağ yalandır. İctimailəşmiş gizli-video görüntülər müəyyən
edirki mənim Mirsahib Məcidov ilə kimisə Azərbaycan Beynəlxalq Universitetinə
işə ğötürməmişəm, nədəki mənim onula hec ABU-ya tələbə qəbulu söhbətim belə
olmamışdır. Mənim Mirsahib Məcidovla söhbətimizin predmeti yalnış MTN zabiti
Mahir Abdullayevin sağ-salamat geri qaytarılması olmuşdur,umumiyyətıə,
Qarbacovun dəstəsi ilə yalnız Mahirin
ogurluq problemi olmuşdur.
Bu gün ona görə Mirsahib Mecidovu və Natiq Babaşovu
məhkəmə qərəzli olaraq ABU-ya işə düzəltmək adı ilə cəmiyyətə həqiqətə uyğun
olmayaraq təqdim edirlərki məni susdursunlar və mən Avropa Məhkəməsindən geri cəkilim.
4. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq)
maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər.
Cavab olaraq bldirirəmki, adadm
ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın bütün subyektlərinin
hüquqi baxımdan dələduz kimi qiymətləndirilməsi ilə razılaşmaq olmaz.
Hər şeydən əvvəl, azərbaycan məhkəmə
sistemi siyasi sifrişlə azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil
cinayətkar təşkilat kimi XXl əsrin ən ağır sosial təhlükəli cinayətini
ört-basdır etmək məqsədi ilə MTN zabiti
Mahir Abdullayevin ogurlanması cinayətini adıləşdirmək istəyir. Bu cinayət
işini xalqa adi bir məşət cinayəti kimi təqdim olunur. Eyni zamanda da Ramiz Mehdiyevə yaxınlığı ilə bilənən
jurnalistlər xalqı caşıdırmaq ücün zərərcəkmişi müntəzəm olaraq təhdid etməklə
məşguldur. Cinayət yolu tutmuş bu qəzetcilərdə Mahir Abdullayevin ogurlu işini
adiləşdirmək siyasəti yürüdür və zərərcəkmişi suclamaqda belə cəkinmirlər. Sarı
qaəzetcilərdə siyasi sifarişlə bu cinayəti adiləşdirmək siyasəti aparırlar.
Bir məsələni də diqqətinizə çatdırmaq
istəyirəm ki, qardaşım MTN zabiti Mahir Abdullayevin oğurlanması faktına görə
başlanmış cinayət işi ilə əlaqədar bir sıra vəzifəli şəxslər mənə qarşı qanuna
zidd əməl etdiyinə görə məsuliyyətə cəlb olunduqdan sonra Gülər Əhmədovanın,Arzu
Kazımovun işində oldugu kimi məni həmin işlər üzrə zərərçəkmiş şəxs kimi tanımayıblar
. Belə ki, video faktları sosial şəbəkələrdə ictimailəşmiş AR Milli Təhlükəsizlik
Naziri Eldar Mahmudovun adından mənim ilə Mahir Abdullayevin geri qaytarılması
ücün pul alıb danışıqlar aparan Mirsahib Məcidov (Qarbacov), Natiq Babaşov, Səfər
Kələntərov, Yasir Banditizm,Şahin (Şaqo), Mirbaba (MTN generalı Akif Covdarov),
Qulu Cəfərov (Akif Covdarovun sag əli, Sənan İbrahimov ( MTN generalı Hilal Əsədovun
sağ əli) və MTN-in vasitəciləri İlqar Abbasov və Fuad Abbasovun, habelə müğənli
Mətanət İsğəndərlinin cinayət əməllərinə
huquqi qiymət verilməmişdir. Prokurorluq əsas cinayətkarları gizlətmək məqsədi
ilə məsələni belə qoyublar ki, onlar mənə qarşı dələduzluq edib, mən isə guya
yalvararaq zorla rüşvət verməyə cəhd etdiyim üçün zərərçəkən deyiləm. Belə
cıxır ki, mən azərbaycanda adam ogutlugu ilə məşgul olan mütəşəkkil cinayətkar
təşkilata yalvararaq “könüllü” olaraq rüşvət vermişəm. Cinayətin bilə-bilə belə qiymətləndirilməsinin başlıca
məqsədi əsas cinayətkarın İlqar Əliyevin və Ramiz Mehdiyevin -“Maqnitski
Aktında” qeyd olunan subyektlərinin ifşa olunmasının qarşısının alınması və azərbaycanda
adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın-ölüm
eskadronunun digər daha təhlükəli subyektlərini cinayət məsuliyyətindən
yayındırmaqdır.
Ümumiyyətlə, müasir dünyada uzun illərin
adam ogurlugu məhkəmə təcrübəsində pulun zərərcəkmişdən alınması hədə-qorxu gəlməklə
və qarayaxma yolu ilə olur, Ali Məhkəmənin Plenum qərarları da pozulur.
5. Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən
şəxslər apellyasiya şikayəti veriblər.
Cavab olaraq bildirirəmki, beynəlxalq
diqqət mərkəzində böyük bir cinaət işi ortadadır, lakin, zərərcəkmiş yoxdur. Bu
günə qədər məni zərərcəkmiş kimi tanınmamışam.
Təəssüf ki, mənim bu barədə verdiyim vəsatətlər
qanunsuz olaraq təmin edilməyib və mən məcburiyyət qarşısında qalıb Beynəlxalq
Məhkəməyə müraciət etmişəm. Sizdən bir daha tələb edirəm ki, mənim zərərçəkmiş
şəxs kimi tanınmam barədə vəsatətimi qanuna müvafiq qaydada həll edəsiniz.
Hüquqi böhran ondan ibarətdir ki, Gülər Əhmədova,Arzu Kazımov, Nəriman Ağayev,
Nüşabə Mirzoyeva və s. haqqında AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq
ittihamı irəli sürülür, iş məhkəməyə verilir, lakin, CM-in 87-ci maddəsinə görə
onların dələduzlugundan ziyan cəkmiş hüquq professoru . Elşad Abdullayev zərərcəkmiş
kimi tanınmır. Hec bir normal dövlətdə belə naqis və qəeəzli məhkəmə hakimiyyəti
ola bilməz, belə hüquqi böhran və özbaşnalıq feodal Afrikasındada yoxdur.
Cənab Prezident…!!!
10 ildir MTN zabiti Mahir Abdullayevin
acıq cinayət işi acılmır,hətta, Sizin sərancamınız ilə yaradılmış AR Baş
Prokurorlugu yanında yaradılmış Müstəqil İstintaq Kommisiyassıda azərbaycanda
adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək
iqtidarında deyildir və onlar ilə əlbir fəaliyyət gösrərək zərərcəkmişi
susdurmaq ilə məşguldur. 2003- cü ilin
13 oktyabrından bu günə kimi Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı
cinayət işinə 12 müstəntiq cəlb edilmiş, 2012- ci il oktyabr ayında Azərbaycan
respublikası prezidentinin sərəncamı ilə Müstəqil Təhqiqat Komissiyası
yaradılmış, cinayətkarları ifşa edən çoxsaylı video və audio materiallar sosial
şəbəkələrdə nümayiş olunub.
Bütün bunlara baxmayaraq,hazıra qədər
bizim şikayətizlə bağlı qanusuz olaraq 30 məhkəmə hökmü hökmü cıxarılıbdır.
Ancaq, Mahir Abdullayevin oğurlanması cinayətində iştirak edən bir nəfər də
olsun istintaqa və məsuliyyətə cəlb olunmayıb, zərərçəkənin ailəsi, yaxınları
istintaq və məhkəmə tərəfindən zərərçəkən kimi tanınmayıb, əksinə onlara qarşı
daim 37-ci ilin təzyiq kampaniyası həyata keçirilib. Biz, Mahir Abdullayevin
ailə üzvləri olaraq bir daha yerli və beynəlxalq ictimaiyyətin, eləcə də hüquq-
mühafizə orqanlarının diqqətini 10 il bundan öncə azərbaycanda adadm ogurlugu
ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat zərərcəkmişə məlum cinayətkar şəbəkə
tərəfindən oğurlanaraq, bu günə qədər taleyi qeyri- müəyyən olan Mahir
Abdullayevlə bağlı baş vermiş cinayət hadisəsinə yönəldir, Azərbaycan hakimiyyətindən
cinayətin açılmasını, cinayətkarların tapılıb cəzalandırılmasını tələb edirəm.
İmza: Hüquq professoru Elşad Abdullayev,
Fransa,
Paris,
05.l.2014″
Short URL: http://www.cumhuriyyet.net/?p=3224