2016-cı ilin sonuna Neft Fondunda nə qədər vəsait qalacaq?- TƏHLİL

15.09.2015 - 13:41

neftArtıq ikinci ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsi kəsirlə proqnozlaşdırılır. Bu haqda maliyyə nazirliyinin “Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda bildirilir.

Təqdim edilən məlumata əsasən, gələn il Neft Fondunun gəlirləri 6 mlrd 711,6 mln manat, xərcləri isə 8 mlrd 200 mln manat proqnozlaşdırılır.

Beləliklə, hökumət hesab edir ki, neftin 1 bareli orta hesabla 50 dollar təşkil edərsə (baza qiyməti),  onda Fondun kəsiri 1 mlrd 488,4 mln manat ola bilər.

Fondla bağlı ikinci maraqlı məqam ondan ibarətdir ki, 2016-cı ildə ARDNF ümumi daxil olmaların 6 mlrd manatını, yəni 89,4%-ni dövlət büdcəsinə transfert etməlidir.

Fonddan transfertin dövlət büdcəsinin gəlirlərində payı 41,2% olacaq. Müqayisə üçün xatırladaq ki, 2014-cü ildə Neft Fondundan dövlət büdcəsinə 9 mlrd 337 mln manat vəsait köçürülmüşdü və bu büdcə gəlirlərinin yarısını təşkil etmişdi. 2015-ci ildə proqnoza görə, Neft Fondundan büdcəyə 10 mlrd 388 mln manat köçürmə planlaşdırılsa da, cari ilin I yarısında Fondundan büdcəyə cəmi 3 mlrd 802,1 mln manat transfert edilib. Bu o deməkdir ki, ilin yekunlarına görə təqribən 8 mlrd manat xərcləmə gözləmək olar.

Gələn il Neft Fondundan dövlət büdcəsinə 6000,0 milyon manat transfert ediləcək ki, bu da Fondun illik xərclərinin 73,2 faizidir.

 

Neft Fondunun büdcəsi (mln manatla):

2014-cü il         2015-ci il (gözlənti) 2016-cı il proqnoz

Gəlirlər    12 731,0  10 246,6  6711,6

Xərclər     10 117,2  11 813,9  8200,0

2015-ci il iyulun 1-nə Neft Fondunun aktivləri 35,8 milyard dollar təşkil edirdi. İlin ikinci yarısından isə neftin qiymətinin dünya bazarından düşməsi fonunda Fondun gəlirləri də azalıb və bundan sonra azalma davamlı olacaq. Bunun obyektiv səbəbi isə neft hasilatının ildən ilə düşməsidir ki, onu da neft qiymətlərinin qalxması kompensasiya etmək iqtidarında deyil.

Bu hesabla 2016-cı ilin sonuna Neft Fondunun aktivləri təqribən 30 mlrd dollar ətrafında ola bilər.

kaspian barel.jpg

 

Bir şeyi də nəzərə almaq lazımdır ki, Neft Fonduna daxilolmaların 90%-dən artığını təşkil edən “Azəri-Çıraq-Günəşli” yataqlarında ildən-ilə xərclər daha da artan istiqamətdə getməyə başlayıb. Çünki müqavilə sahəsindən “ucuz neft” əldə etmək dövrü də artıq arxada qalıb, bundan sonra neft hasil etmək üçün daha çox kapital və istismar xərcləri tələb olunacaq ki, bu da Azərbaycanın mənfəət neftinin azalmasına təsir edən amillərdəndir.

Bu səbəbdən də Neft Fondunun daxilolmalarına diqqət etirəndə görürük ki, gəlirlərin PİK dövrü 2011-ci ilə düşüb. Bu zaman “Azəri-Çıraq-Günəşli”yataqlarından ixrac edilən neftin qiymət də ən yüksək həddə olub. İkinci amil isə odur ki, Azərbaycan neftinin PİK hasilat dövrü bundan cəmi bir il əvvəl baş vermişdi.

Yəni AZALMA ilə bağlı həyacan təbilini əslində HÖKUMƏT 2012-ci ilin oktyabrında hiss etdi (məlum BP ilə hadisələrdə), ancaq çox təəssüf ki, o zaman yenə ümidlərini hasilatın STABİLLƏŞDİRİLMƏSİ amilinə bağladı. Halbuki Azərbaycan hökuməti artıq 2010-cu ildən bilirdi ki, qiymətlərin dünya bazarında yüksək olmasına baxmayaraq qısa müddətdə (4-5 ildə) Azərbaycanda neft hasilatı sürətlə aşağı düşməyə başlayacaq (bununla bağlı hələ əzəldən proqnozlar verilmişdi). Təbii ki, hasilat düşən zaman gəlirlər də buna adekvat olaraq azalacaq. Hökumət özünü buna hazırlamalı, bütün infrastruktur, ölkədaxili bütün layihələrini həmin dövrə qədər başa çatdırmalıydı. Ancaq hələ də yarımçıq infrastruktur layihələrin başa çatdırılması üzərində iş gedir, iri layihələrə isə vəsait axtarılır…

 

“Caspianbarrel” analitik portalının təhlili 

Short URL: http://www.cumhuriyyet.net/?p=32261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728