Sərkisyan Azərbaycandan “Putin NATO-suna” şikayət etdi

15.09.2015 - 14:37

serkisyanErmənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi regionda qeyri-sabitlik yaranmasına səbəb bilər.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan prezidenti Serj Sərkisyan çıxış edib.

S.Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün Tacikistanın paytaxtında keçirilən sessiyasındakı çıxışında deyib ki, KTMT-yə üzv ölkələrin dövlət başçıları məhdud çevrədə “çox kəskin məsələləri” müzakirə ediblər və bu görüş “ənənəvi olaraq qarşılıqlı etimad şəraitində keçib”.

“Mən KTMT-yə üzv ölkələrin dövlət başçılarını Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumatlandırdım. Əsas diqqəti Ermənistan-Azərbaycan sərhədi boyunca mövcud olan gərginlik ocaqlarına, gərginliyin artması təhlükəsinə yönəltdim. Orada dediklərimə bir də qayıtmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdləri və buna adekvat beynəlxalq reaksiyanın olmaması bütün region üçün təhlükəlidir. Burada sabitlik pozula bilər” – deyə Sərkisyan narahatlığını ifadə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=32283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728