SOCAR Gürcüstanda benzin və dizeli ucuzlaşdırdı
Gürcüstanda neft məhsullarının pərakəndə satışı ilə məşğul olan
şirkətlər yeni il bayramı günlərində benzinin və dizel yanacağının
qiymətini aşağı salıblar.
yanacağının parakəndə satış qiymətlərini müvafiq olaraq 5-10 tetri (100
tetri= 1 lari =0.58 ABŞ dolları) ucuzlaşdırıb.
Beləliklə, Gürcüstanda “euro regular” markalı benzinin 1 litri 1,97
lari, yəni 1 dollar 16 sent, yaxud 90 qəpik olub. “Euro super” markalı
yüksək oktanlı benzinin 1 litri isə 2,22 lari olub.
“Premium avangard” markalı benzin 10 tetri ucuzlaşaraq 2,12 lari, dizel yanacağı isə 5 tetri ucuzlaşaraq 2,17 lari olub.
Bundan əvvəl “Sun Petrolium Georgia” şirkəti də benzinin
və dizel yanacağının qiymətini aşağı salmışdı. Həmçinin Gürcüstan
bazarında benzin və dizel bazarında əhəmiyyətli ölçüdə paya malik olan
“SOCAR Georgia” şirkəti “euro regular” markalı benzini və “energy”
markalı dizel yanacağını 5 tetri ucuzlaşdırıb. Ucuzlaşmadan sonra nefti
olmayan Gürcüstanda benzinin qiyməti təxminən Azərbaycandakı qiymətlərə
yaxınlaşıb.
Xatırladaq ki, dekabrın 3-də Azərbaycanda benzin və dizel yanacağı
bahalaşıb, Aİ-92 markalı benzinin 1 litri 70 qəpik, Aİ-95 markalı
benzinin 1 litri isə 80 qəpik, yəni 1 dollardan yuxarı olub. Gəzən
şayiələrə görə, hökumət benzini yenidən bahalaşdırmağa hazırlaşır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3230