Məhərrəm Əliyevin keçmiş müavini yenə həbs edildi
Ali Məhkımənin qərarı ilə Cavadağa Sultanov yenidən həbs olunub.
РЎ.Sultanov zaminə götürmüşdü. Ötən il dekabrın 16-da C.Sultanov
məhkəməyə gəlməyərək polisdən gizlənməyə başlayıb və səfirliyi pis
duruma salıb. Elə bu səbədən bu gün səhər saatlarında Dubay polisi
Cavadağa Sultanov həbs edərək istintaqa aparıb.
Dubayda yaşayan Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini
Cavadağa Sultanov saxta çeklərlə 7 milyon dollar pulu mənimsəyib. Onun
bu fırıldağı bir neçə azərbaycanlı iş adamını pis vəziyyətə salıb.
Nəticədə onlar qeyd olunan fırıldağın qurbanı olublar və digər şəxslərin
qarşısında cavabdeh qalıblar.
Dubayda yaşayan iş adamlarının dediyinə görə, Cavadağa Sultanov
ermənilərlə əlbir olaraq dəfələrlə Azərbaycanlı iş adamlarını aldadıb və
onların pullarını mənimsəyib.
Xatırladaq
ki, Cavadağa Sultanov ötən il noyabrın 6-da Şarja polisi tərəfindən
saxlanıb. O, fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən
yayındırmaqda ittiham edilir. Polis polkovniki Cavadağa Sultanov
çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı
aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart
2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric
edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib,
məhkəmədəki ifadələri qalmaqalla müşaiət edilib.
C.Sultanov Bakının Binəqədi Rayon Polis İdarəsinin rəisi də işləyib.
Qeyd edək ki, C.Sultanov Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin müavini olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=3233