Heydər Babayevi müflis etdilər

06.01.2014 - 20:00

Cavadağa Sultanovun həbsinin təfərrüatları bəlli oldu

Cavadağa Sultanovun həbsinin təfərrüatları bəlli oldu 

 

 

“Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayev
qudası olan polkovnik Cavadağa Sultanovun həbsdən azad edilməsi üçün 20
milyon avro ödəyib”. Həmin pullar Heydər Babayevə məxsus
“Standard” bankı vasitəsilə köçürülüb. Göstərilən məbləğdəki pul ötən il
noyabrın ortalarında, yəni Bakı Şəhər Baş Polis İdarəsi rəisinin keçmiş
müavini, polis polkovniki Cavadağa Sultanovun həbsindən dərhal sonra
ödənilib.

Əldə etdiyimiz məlumata görə, Babayevlər ailəsi Bakıda olan və Yaşar
Babayevin qudasının azad olunması üçün öz xidmətlərini təklif edən
vasitəçinin bu təklifi üzərində xeyli düşünüb. Amma Yaşar Babayev uzun
tərəddüd və düşüncələrdən sonra nəhayət ki, qərarını verib və
vasitəçinin tələb etdiyi pulu ödəməyə razılaşıb.

Amma indi, C.Sultanovun təkrarən həbs edilməsindən sonra belə qənaətə
gəlmək olar ki, Babayevlər ailəsi də, elə C.Sultanovun özü də faktiki
olaraq tələyə salınıblar. Vasitəçilik edən tərəf(lər)in əsas məqsədi
böyük ehtimalla polis zabitinin müvəqqəti olaraq azad edilməsinə nail
olmaqla Babayev qardaşlarının 20 milyon avrosunu ələ keçirmək imiş ki,
buna da nail olunub.

Heydər Babayev Azərbaycanı birdəfəlik tərk
etməyi və öz biznesini, işlərini xaricdə davam etdirməyi həddən artıq
çox istədiyini yaxınlarının və dostlarının yanında tez-tez dilə gətirir.
Amma sabiq naziri Bakıda saxlayan yeganə səbəb sonuncu iri əmlakı olan
“Standard” bankdır.

Məlumatlı mənbələr bildirirlər ki, Heydər Babayev öz bankını satmağa
böyük məmnuniyyətlə hazırdır, amma hakim elitada heç kəs onu almağa
həvəs göstərmir.

Belə görünür ki, nağd şəkildə ödənilən, amma gedib ünvanına çatmayan
20 milyon avro H.babayevin bankını müflis eləmək yolunda həyata
keçirilmiş ilk əməliyyatdır. Bundan sonra sabiq naziri daha heç nə
Azərbaycanda qalmağa məcbur edə bilməz. Axı C.Sultanov yenidən
həbsxanadadır və onun azadlığa buraxılması üçün yeni ödənişlər etmək
lazım gələcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930