İranla ticarət dövriyyəsində maxinasiya

06.01.2014 - 20:11

İran səfiri ticarət dövriyyəsinin 1 mlrd dollar olduğunu, Azərbaycanın rəsmi qurumları isə bundan 3 dəfə az olduğunu göstərir

İran səfiri ticarət dövriyyəsinin 1 mlrd dollar olduğunu, Azərbaycanın rəsmi qurumları isə bundan 3 dəfə az olduğunu göstərir
 

Gürcüstan və İranla xarici ticarət dövriyyəsində 1 mlrd 200 mln dollarlıq fərq hara yoxa çıxıb?

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsinin KİV-lərində
dərc etdiyi məqaləsində Azərbaycan-İran münasibətlərinə toxunub.
Trend-in məlumatına görə, səfir 2013-cü ildə İran və Azərbaycan arasında
ticarət mübadiləsi 23 faiz artdığını deyib: “Çamadan ticarəti, turizm,
tranzit, enerji mübadiləsi və texniki xidmətlərdən əldə olunan
gəlirlərin hesablanması ilə iki ölkə arasında ticarət mübadiləsi 1
milyard dollara çatıb”. 

İrandan əsasən ərzaq, kənd təsərrüfatı məhsulları gətirilir, Azərbaycandan isə yüngül sənaye, bəzi avadanlıqlar aparılır.

Bir qayda olaraq Azərbaycanın xarici ticarət tərəfdaşlarının
açıqladığı rəqəmlər Azərbaycan tərəfinin açıqladığı rəsmi rəqəmlərlə
üst-üstə düşmür. 

Bir müddət əvvəl Gürcüstanla iqtisadçı Rövşən Ağayev Azərbaycan
hökumətinin 2012-ci ildə təkcə Gürcüstandan idxal olunan məhsulun
dəyərini əslindən təxminən 5 dəfə az rəsmiləşdirdiyini açıqlamışdı. Belə
ki, 2012-ci ilin nəticələrinə görə, Azərbaycan gömrüyü Gürcüstandan
idxal olunan malların hər 5 dollarından 1-ni qeydiyyata alıb. Gürcüstan
milli statistika orqanının rəqəmlərinə əsasən, 2012-ci ildə qonşu
ölkədən Azərbaycana 626.8 milyon dollar həcmində məhsul ixrac olunub.
Azərbaycanın statistika qurumu isə həmin məbləği təxminən 5 dəfə az,
yəni 129.9 milyon dollar göstərir.

İranla xarici ticarət əlaqələri ilə bağlı rəsmi məlumailara nəzər salanda da eyni mənzərənin şahidi olmaq mümkündür. 

Belə ki, Gömrük Komitəsinin ötən ilin 7 ayı ilə bağlı açıqladığı
məlumatda İranla xarici ticarət dövriyyəsi 167,7 milyon dollar təşkil
etdiyi göstərilirdi.  

Qurumun rəsmi saytından isə dekabr ayı istisna olmaqla digər aylarla
bağlı məlumatı əldə etmək mümkündür. Qalan 5 ay ərzində 832,3 mln
dollarlıq ticarət dövriyyəsinin olması isə mümkünsüz görünür. Üstəlik
İran tərəfi 2012-ci illə müqayisədə ölkə arasında ticarət dövriyyəsinin
azaldığını deyir. 

Dövlət Statistika Komitəsinin 2012-ci il üçün məlmatlarına görə,
İranla xarici ticarət dövriyyəsi 263 mln 787 mln dollar təşkil edib.
Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, ötən
ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 257 mln 943 min dollar
təşkil edib. Bu da İran tərəfinin açıqladığı rəqəmdən təxminən 742 mln
dollar azdır. Hər ay cənub qonşu ilə ticarət dövriyyəsinin təxminən
20-25 mln dollar təşkil edir. Dekabr ayında da göstəricinin təxminən o
qədər olacağını gözləmək olar. Bu halda sual yaranır – ordakı təxminən
720 mln dollarlıq fərq hara yoxa çıxıb?

Kiçik hesablama göstərir ki, xarici ticarət dövriyyəsində yalnız
Gürcüstan və İran tərəfinin açıqladığı rəqəmlər arasında Azərbaycan
tərəfinin açıqladığı məlumatlar arasında 1 mlrd 200 mln dollardan artıq
fərq var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3235

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31