Bakının sağalmaz dərdi

Paytaxtda sərnişin daşıyan avtobuslar yollarda xaosun yaranmasına öz böyük töhvəsini verirlər

Paytaxtda sərnişin daşıyan avtobuslar yollarda xaosun yaranmasına öz böyük töhvəsini verirlər
Paytaxtda nəqliyyat problemi bitmir ki, bitmir. Xüsusilə də sərnişin
daşıyan avtobuslar yollarda qələbəliyin yaranmasında öz böyük töhvəsini
verirlər. Şəhərin müxtəlif nöqtələrində bu vəziyyətlə qarşılaşmaq olar.
Paytaxtda avtobusların ən intensiv hərəkəti olan Əhmədli metro
stansiyasının çıxışı və 8-ci kilometr bazarı adlanan ərazilərdir.
Əvvəlcə, ondan başlayaq ki, bu ərazidən çoxlu sayda marşrut xətti keçir.
Təxminən 30-a yaxın, bəlkə də ondan da çox iri və orta tutumlu
avtobuslar. Onların hamısı, eyni zamanda, dayanacaqda olsa, bu artıq
nəqliyyatın hərəkətini məhdudlaşdırır.
Digər məsələ isə həmin ərazilərdə yolda bir, bəzən isə 2 sıra taksilər düzülür. Bu isə yolu nəzərə çarpacaq qədər daraldır.
Problem yaradan üçüncü amil ondan ibarətdir ki, bəzi avtobuslar yolun
sağ, ən aşağı surətlə idarə olunmağı nəzərdə tutan zolaqla sürmək
əvəzinə, sola ikinci və üçüncü dərəcəli sürət zolağına, hətta bəzən əks
istimətlə belə hərəkət edirlər. Bütün bunlar isə digər nəqliyyat
vasitələrinin hərəkətinə mane olur, bəzi hallarda isə avtomobillər 2
avtobusun arasında qalır.
Avtobus sürücülərinin sürücülük qabiliyyətini necə qiymətləndirirsiz?
Elə vətəndaşlarımız var ki, qaydalara riayət etməyən sürücüləri nəinki
başa düşür, hətta bəzi məqamlarda onlara bəraət də qazandırır.
Adi sürücülər də avtobus idarə edən həmkarları haqqında elə də ürəkaçan sözlər demədilər.
Maraqlıdır ki, taksi sürücüləri yollarda problemlərin yaranmasında elə avtobus sürücülərini təqsirkar görür.
Bu situasiyaya görə nədənsə rus təmsilçi İvan Krılovun “Qu quşu, durna
balığı və xərçəng” adlı təmsili yada düşür. Orada personajlar bir
arabanı daşımaq qərarına gəlir, lakin hər biri fərqli istiqamətə
getdikləri üçün onların yükü yerində qalır. Lakin, hərə öz işini və
yerini bilsə, yəqin ki, problemlər də daha tez həll olunardı… Bu
misalı avtobus və taksi sürücülərinə də aid etmək olar… Hər halda,
məsələyə birbaşa aidiyyatı olan Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət
Yol Polisi İdarəsindən bildirdilər ki, onlar tərəfindən mütamadi olaraq
lazımi tədbirlər görülür.
Short URL: http://www.cumhuriyyet.net/?p=3239