Azərbaycanlı prokuror 1 milyon rüşvət alarkən
Mirələkbər Seyidovun
cəzadan kənar qalan əməlləri
Türkiyədə həbsdə olan
generalın qardaşı üçün də həbs təhlükəsi
Xəbər verildiyi kimi, Türkiyə polisi Dövlət Gömrük Komitəsinin və
bankların çirkli pulların yuyulmasında iştirakını sübut edə bilən əməliyyat
keçirdi. Azərbaycandan da tutulanımız var-Sədərək Gömrük Məntəqəsinin rəisi. Qarsda
həbs edilən Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidov son günlər ölkə
mətbuatının əsas xəbərinə çevrilmiş Elşad Abdullayevlə bağlı qalmaqallarda adı
hallanan Mirələkbər Seyidovun (Binəqədi rayonunun keçmiş prokuroru)
qardaşıdır.
Digər bir məlumatda isə bildirilir ki, Mirməhəmməd Seyidov Türkiyənin
İğdır vilayətində həbs olunan zaman yanında ailə üzvləri də olub.Məlumata
görə, Mirməhəmməd Seyidov “İğdır turizm” firmasının sahibi Turqay Arasla kirvə
olmaqla bərabər, eyni zamanda onlarla şirkətə sahibdir.Məhz bu şirkətlər
vasitəsilə Rza Zərrabın qızılları, İrandan qara para qeyri-qanuni yolla
Türkiyəyə daşınıb. Qeyd edək ki, M. Seyidovun ötən il Elşad Abdullayevlə
əlaqələrinin olmasına görə işdən çıxarıldığı bildirilirdi. Bu ilin iyulunda isə
M. Seyidov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə
təqsirləndirilərək, 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib.
Onun barəsində bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində
baxılıb.
O zaman Binəqədi rayonun
keçmiş prokuroru, dələduzluqda ittiham olunan Mirələkbər Seyidov fəaliyyəti
dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə münasibətindən danıaraq
bildirmişdi ki, E.Abdullayevlə tələbə yoldaşı olub: “Elşad
Abdullayevi yaxşı tanıyıram, o, mənim tələbə yoldaşım olub, yaxın
olmuşuq.Amma onunla heç bir işbirliyim olmayıb. Sadəcə bəxtim onda gətirməyib
ki, onun rəhbərlik etdiyi ali məktəb mənim çalışdığım rayonun ərazisində
yerləşib. Biz yalnız rayonun ümumi tədbirlərində bir araya gəlmişik. Yazıların
hamısı böhtan xarakterlidir. İstəyirəm ki, bunu hamı bilsin ki, mən günahsızam
“. “Əgər heç bir günahınız, onunla heç bir qanunsuzluğa yol
verməmisinizsə, niyə çıxarılan qərardan şikayətçi deyilsiniz” sualına isə cavabındavermədi: “Mən xəstə adamam. Allah göydən
baxır…”
Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırmalar isə sabiq
prokurorun sözlərində səmimi olmadığını ortaya qoyur. Belə ki,M.Seyidovun
E.Abdullayevlə nəinki yaxın əlaqələri olub. Hətta ondan küllü miqdarda pullar
qəbul edib. Bununla bağlı cumhuriyyet.az şok video və foto materiallar əldə
edib. Həmin materiallarda Binəqədi rayon prokuroru olarkən M.Seyidovun məhz bu
rayonun ərazisində yerləşən ABU-nun rektoru E.Abdullayevdən açıq şəkildə pullar
qəbul etdiyi görünür. Maraqlıdır ki, M.Ələkbərov yalnız bir epizod üzrə
mühakimə edilib. Bizim əlimizdə isə prokurorun müxtəlif vaxtlarda və müxtəlif
adlarla rektordan pullar qəbul etməsi haqda faktlar var. Həm də söhbət 10
mindən 1 milyonadək olan məbləşlərdən gedir.
Biz faktlara aydınlıq gətirmək üçün sabiq prokurorun əlimizdə olan əlaqə
telefonuna dəfələrlə zəng etsək də telefon bağlı oldu. Yaxın günlərdə əlimizdə
olan video və foto materialları tam incələyib sizə təqdim edəcəyik. Bu vaxtadək
qarşı tərəfin də mövqeyin öyrənməyə çalışacayıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3245