Rejim xalqı dilənçiyə necə çevirib?
Azərbaycan əhalisinin 17 faizi çörək üçün borc alır
Azərbaycanda yemək üçün borc pula əl açanların sayı Ermənistandan daha çoxdur
The Caucasus Research Resource Centers Cənubi Qafqazdakı 3 keçmiş
sovet Respublikasında – Azərbaycan, Gürcüstan və Ermənistanda sosioloji
sorğular aparıb. Hər üç ölkədə əhalinin həyat səviyyəsi haqqında suallar
əks olunan sorğunu ABŞ-da sosial media üzrə mütəxəssis Katy Pearce öz
bloqunda paylaşıb.
2012-ci ildə aparılan sorğuda suallardan biri “Yemək almaq üçün nə qədər tez-tez borc istəməyə məcbur olusuz?” olub. Bu suala “Heç vaxt” cavabını ən çox Ermənistanda veriblər. Bu ölkədə
rəyi soruşulanların 47,3%-i yemək üçün heç vaxt borc almalı olmadığını
deyib. Bu suala Azərbaycanda sorğuya qatılanların 40.1 faizi, Gürcüstanda isə daha azı – 36,5% “heç vaxt” cavabını verib.
Başqa sözlə, bu sorğunun nəticəsinə əsasən Azərbaycanda yemək üçün borc pula əl açanların sayı Ermənistandan daha çoxdur. Həmin suala “Hər ay”, yaxud “iki ayda bir” cavabını verənlər də demək olar Azərbaycanla Ermənistan eyni olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=3247