“Əsgər ölümü”Zakir Həsənovu da təqib edir
Orduda əsgər ölümləri və
“dedovşina” halları artmaqdadır, yeni il də bu sarıdan geri qalmır
Azərbaycan
ordusunda dəhşətli “dedovşina” baş verdiyi iddia olunur. Belə ki,
Biləsuvar rayonu Hərbi Komissarlığına 2013-cü ilin oktyabrında həqiqi hərbi
xidmətə çağırılan Quliyev Vüsal Qurban oğlunun dayısı Fəxrəddin mediaya
müraciət edərək bacısı oğlunun əsgərlikdə döyülməsi ilə bağlı şok faktlar
açıqlayıb.
Dayı
iddia edir ki, bacısı oğlu V.Quliyev Tərtər rayonunda yerləşən N saylı Hərbi
Hissədə qulluq edirmiş. Təxminən iki həftə əvvəl o, iki zabit tərəfindən
qolları bağlanaraq döyülüb. O, əsgərin döyülmə səbəbini belə açıqlayıb:
“Komandir əsgəri söyüb deyə əsgər cavab qaytarıb. Bundan sonra komandir əsgərin
şəxsiyyətini alçaldıcı ağır təhqir edərək şantaj edib. Əsəb keçirdiyi
sarsıntıdan bir neçə gün yemək yeməyib. Zabitləri əsəbiləşdirən bu vəziyyət
onun vəhşicəsinə döyülməsinə səbəb olub. Huşunu itirən əsgər əvvəlcə Sarıcalı
Hospitalına yerləşdirilib.
Bu
günlərdə isə o, Bakıya Papanin Hospitalına gətirilib. Əsgər ayılandan sonra
zabitlər tərəfindən döyüldüyünü həkimə danışıb. Artıq bununla bağlı biz Müdafiə
naziri Zakir Həsənovadan tələb edirik ki, bizə cavab versinlər görək bu nə
hadisədir. Müvafiq qurumlara bir neçə dəfə məlumat göndərsək də hələ ki bizə
cavab verilməyib”.
Bu,
tək fakt deyil. Orduda belə hallar davam edir. Səfər Əbiyev müdafiə naziri
postundan getdikdən sonra da “dedovşina” və ölüm halları dayanmaq bilmir. Bu da
onu göstərir ki, məsələnin kökü fiqurlarda yox, sistemdədir.
Yeni
nazir gəldikdən sonra da əsgər ölümləri qeydə alınıb. Müdafiə naziri Zakir
Həsənovun bu istiqamətdə hər hansı reformasiyası gözə dəymir. Hələlik nazir
kadr islahatları ilə diqqət çəkir. Son günlər isə səfərləri ilə yadda qalır.
Əsgər ölümləri isə durmadan artır. Xatırladaq ki, ötən ilin yazında əsgər
qətllərinə etiraz olaraq mitinq keçirilib. Kütləvi aksiyalar da ordudakı əsgər
qırğınını dayandırmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3252