Daha bir şok intiharın anonsu:İş adamından xəbərdarlıq
Hacı İbrahim Nehrəmli Elşad Məmmədovu ölümə vadar edib
Fevralın 1-də “Avesta” Konserninin qarşısında intihar edəcəm
Hüququ tapdanan daha bir vətəndaş intihara əl ata bilər. Bu barədə
“Azadlıq”a müraciət edən iş adamı Elşad Məmmədov məlumat verib. Elşad
Məmmədov iddia edir ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim
Nehrəmli onun 355 min manatını vermir. O, çıxış yolunu intiharda
gördüyünü deyir.
“2012-ci ilin fevral ayının 1-də “Avesta” konserninin rəhbəri Hacı
İbrahim Nehrəmliyə məxsus olan “Həsən-96″ MTK-nın sədri Emil Tağıyevdən
Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli
binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması
barədə inşaatçı şirkətlə müqavilə bağlayaraq almışam. Mənim qanuni
sənədlərimi, maliyyə arayışını və kassa mədaxil qəbzini məhkəmələr saya
saymadı. Hacı İbrahimdən pulumu tələb edəndə mühafizəçisi məni ölümlə
hədələdi. Ailəmin və üç körpə övladımın təhlükəsizliyini təmin etmək
üçün Qazax rayonuna köçmüşəm. Bu günə qədər minə yaxın şikayət
məktublarımın heç bir faydası yoxdur. Məhkəmələr məni yox, milyarder,
milyonluq maşını olan, yeddi milyona özünə yaxta alan Hacı İbrahimi
eşitdi”.
İş adamı deyir ki, 2014-cü il fevralın birində Nərimanov rayonunda yerləşən “Avesta” Konserninin qarşısında intihar edəcəm. Qeyd edək ki, Hacı İbrahim Nehrəmli mətbuata açıqlamasında Elşad Məmmədovun dediklərinin yalan olduğunu söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3253