Müsavatdan istefalar başladı
nəfər mandat alacaq deyə minlərlə müsavatçının mübarizəsinin üstündən
xətt çəkmək cəhdini partiya üzvləri
yəqin ki, rəhbərliyə bağışlamayacaq”
Telmanoğlu onun sıralarından istefa verib. Bu barədə o, facebook
səhifəsində açıqlama yayıb.
“Məni tanıyanlar bilir ki, 10 ildir Müsavat Partiyasının üzvüyəm, özü də
aktiv üzvü. Yetərincə mübarizə aparmışam, bundan heç peşiman deyiləm və
apardığım mübarizəyə görə qürur duyuram. Müsavat Partiyasının Milli
Şuranı tərk etməsinə etiraz olaraq Müsavat Partiyasının sıralarını tərk
edirəm. Bundan sonra heç bir partiyaya üzv olmaq fikrim yoxdur. Yəqin
ki, dostlar mənim bu qərarımı anlayışla qarşılayacaqlar. Müsavat
Partiyasına uğur arzulayıram”, – deyə açıqlamada bildirilir. Azər
Telmanoğlu həm də Qarabağ qazisidir.
Bu istefaların davam edəcəyi gözlənilir. İkram İsrafil kimi bir-iki
nəfər mandat alacaq deyə minlərlə müsavatçının mübarizəsinin üstündən
xətt çəkmək, onları “konstruktivə” çevirmək cəhdini partiya üzvləri
yəqin ki, rəhbərliyə bağışlamayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=3255