Suraxanıda bir gecədə 7 mağaza yarıldı

08.01.2014 - 00:11

Talanan dükanların birinin qarovulçusu ölümcül döyüldü

Bakının Suraxanı rayonunun qəsəbələrində quldurluq və oğurluq hallarının kəskin artdığı haqda xəbərlər gəlir.

Sakinlərdən birinin virtualaz.org saytının
redaksiyasına verdiyi məlumata görə, yanvarın 7-nə keçən gecə rayonun
Bülbülə qəsəbəsi, S.Əliyev massivi ərazisində quldur dəstəsi tərəfindən 7
mağaza talanıb. Mağazalardan birinin qarovulçusu quldurlar tərəfindən
ölümcül döyülüb və səhər huşsuz vəziyyətdə tapılıb.

Oğru dəstəsinin taladığı mağazalardan xeyli pul və mal apardığı
bildirilir. Bu irimiqyaslı oğurluq faktı barədə DİN-in cinayət
xronikasında hələlik məlumat yoxdur.

Sakinlərin əməkdaşımıza bildirdiyinə görə, bu son aylar həmin yaşayış
massivində baş vermiş ilk oğurluq hadisəsi deyil. Bundan əvvəl də oğru
dəstələri bir-birinin ardınca yaşayış massivində evləri, mağazaları
talayıb. Hətta günün günorta çağında da talançılıq faktları baş verib.
Polis isə rayonda baş alıb gedən oğurluq və quldurluq faktlarının
qarşısında acizdir.

Xəbərdə bildirilir ki, sözügedən ərazidə sakinlər gecələri evlərində qalmaqdan belə qorxu hissi keçirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=3260

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930