Pribaltikada rus nifrəti

08.01.2014 - 00:40
Qadını rusca danşdığına görə döydülər

 
Riqada yerləşən ticarət mərkəzində qadın ana dilində danışdığına görə
döyülüb. Kassir qadın ona rus dilində müraciət edən başqa bir qadını
vurub.

Fiziki təzyiqə məruz qalan qadın hadisə haqqında belə danışıb:
“Kassanın qarşısında aldığım əşyalarla dayanmışdım. Kassirdən rus
dilində soruşdum ki, aldığım əşyaların qiyməti nə qədərdir? Kassir
qəzəbləndi və latış dilində dedi ki, sənin nə ixtiyarın var Latviyada
rus dilində danışasan? Bundan sonra başqa təhqiramiz sözlər işlətdi”.

Qadın kassirin təhqirlərinə əhəmiyyət verməyərək çölə çıxmağa qərar verib. Ancaq kassir qadın ondan əl çəkməyib.

“Mən mağazadan çıxmaq istəyəndə o, məndən qabağa keçdi. Qapının
ağzında dayandı və mənə yol vermədi. Dedim ki, ay qadın, buraxın məni.
Belə deyəndə o məni yumruqla vurdu”, – qadın polisə danışıb.

Qeyd edək ki, Latviya əhalisinin 44%-i rusdillidir.(milli.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=3262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930