ADP-çi gənclər təqib və təzyiqə məruz qalıb
ADP gənclər təşkilatının fəal üzvü Fərid Abdullayev və onun ailəsi polis tərəfindən təqib və təzyiqə məruz qalmaqdadır. Polis idarəsinin əməkdaşları bir neçə dəfə Fərid Abdullayevin evinə gələrək anası Sevda Abdullayevadan oğlunun harda olduğunu soruşublar. Polislərdən oğlunun hansı səbəbdən axtarılmasını soruşan Sevda Abdullayeva təhqirə məruz qalıb. Xatırladaq ki, Fərid Abdullayev müxalifətin keçirdiyi aksiyalardan öz fəallığı ilə seçilib və təzyiqlər ona qarşı neçənci dəfədir ki, təkrarlanır. ADP –nin fəal üzvü Elçin Əsgərov Və Hidayət Əhmədovda eyni hal ilə üzləşib. Xatırladaq ki, Elçin Əsgərov və Hidayət Əhmədov aksiya öncəsi insanları mitinqə cəlb edərkən polislər tərəfindən vəhşicəsinə döyülərək həbs edilmişdilər. Üstündən bir neçə gün keçdikdən sonra mülki geyimli şəxslər Elçin Əsgərov və Hidayət Əhmədovu şəhərdə gəzərkən İçəri şəhər metrosunun qabağından maşınlara basaraq naməlum istiqamətlərə aparmışlar. Təzyiq və təhdidlərə məruz qalaraq təhqir olunan şəxsiyyəti alçaldılan gənc fəallar bir günden sonra sərbəst buraxılmışlar. Digər ADP-çi xanım Xuraman Abbasova mitinqlərdə iştirak etdiyinə görə qeydiyyatda olduğu ünvanda polislər tərəfindən təhdid və təzyiqlərə məruz qalıb. Onun bir daha aksiyalara çıxacağı təqdirdə haqqında proflaktik tədbirlər görüləcəyi ilə bağlı hədə-qorxu gəlinib. Hakimiyyət müxalifət fəallara qarşı represiyya siyasəti yürüdür.
Short URL: http://www.cumhuriyyet.net/?p=32628