Gülər Əhmədova cəzasından razı qalıb?

08.01.2014 - 00:45

Sabiq deputatın Apelyasiya Məhkəməsinə şikayəti əngələ dönüb

 
Sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov müvəkkili barəsində
hələ ötən il, dekabr ayının sonunda Apelyasiya Məhkəməsinə müraciət
etdiyini və şikayət ərizəsinin də məhkəməyə təqdim etdiyini demişdi. Apelyasiya Məhkəməsindən isə artıq ikinci dəfədir ki, məktubun onlara
çatmadığını deyirlər. Adıçəkilən məhkəmənin Cinayət İşləri üzrə
Katibliyindən hafta.az-a verilən növbəti məlumata görə, Gülər Əhmədova
ilə bağlı məhkəməyə heç bir məktub daxil olmayıb: “Düzdür, bayramdan sonra iş həftəsi yeni başlayıb. Amma ötən ay da belə bir məktub daxil olmamışdı”.

Yeni ildə mətbuata açıqlamasında isə Apelyasiya Məhkəməsinin vaxtından
danışan Əfsər Talıbov şikayət məktubunun lazımi ünvana hələ
göndərilmədiyini deyib: “Yanvarın 7-də yeni il tətili yekunlaşacağı üçün apelyasiya şikayəti
Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək. Yəqin ki, ilk proses yanvar
ayı ərzində olacaq. İşə hansı hakimin baxmasından çox şey asılıdır”.
Qeyd edək ki, Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq
rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı
videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də
isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə
etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci
(qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə
təqsirləndirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3263

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031