Aksiyalarda iştirak edən ADP-çi gənclər təqib olunur

26.01.2013 - 02:20

rrİsmayıllı sakinlərinə dəstək məqsədilə 2013-cü il yanvar ayinin 26-sin da Bakıda keçirilən etiraz aksiyasından sonra ADP gənclərə qarşı hakimiyyət orqanları tərəfindən başlanan təzyiqlər səngimir, bu barədə məlumat verən ADP gənclər təşkilatının sədri Azər Sadıqovun sözlərinə görə, polis dəfələrlə aksiyada iştirak etmiş partiya fəallarının evlərinə gələrək onların ailə üzvlərinə təzyiq edib. Həmin vaxt gənclərin bir çoxu evdə olmadığından onlarla da telefonla elaqə saxlayaraq polis idarəsinə dəvət ediblər. Azər sadıqov deyir ki, bu cür təqib və tazyiqlər üzündən partiyanın gənc fəallarından Fərid Abdullayev xeyli vaxtdır evində qalmır. Bu yaxınlarda onun yaşadığı mənzilə naməlum şəxslər zəng edərək Fəridin harada olması ilə maraqlanıblar.Bu haqqda məlumat ala bilmədikdə isə onun valideynlərini təhqir edərək hədələyiblər. Görünür hakimiyyət orqanları son aksiyalarda gənclərin aktiv iştirakından ciddi narahat olub. Mitinqlərə cağıralanlara qarşı fantastik məbləğdə cərimələri nəticə vermədiyini görən hakimiyyət indi də gəncləri bu aksiyalardan yayındırmaq üçün özünün köhnə represiz metodlarına qayıtmaq qərarı verib. ADP –çi gənlərin və digər müxalifətçilərin təqib olunmasinda əsas məqsəd təbii ki onları mübarizədən çəkindirmək və kütləni itaətdə saxlamaqdır – deyə Azər Sadıqov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=32631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728