ADP-çi fəallar polis orqanları tərəfindən təqib edilir

22.01.2015 - 02:36

rrBir neçə gündür ki ADP-çi gənclər hüquq mühafizə orqanları tərəfindən təqib edilməkdədir. Bu barədə redaksiyamıza ADP-dən məlumat verilib. Belə ki Bakı şəhər baş polis idarəsinin əməkdaşı tərəfindən ADP-çi gənc fəal Fərid Abdullayeva zəng edilərək yaşadığı ərazidəki polis bölməsinə gəlməsi tələb olunub. Adı çəkilən şəxs özünü Bakı şəhər polis idarəsinin zabiti kimi təqdim edərək ADP-çi gənc fəala bildirib ki, mitinq və kütləvi aksiyalarda iştirak etdiyinə görə və həm də müxalif fikirli yazılar yazdığına görə mütləq polis bölməsinə gəlməlidir. Bundan əvvəl də gənc fəal dəfələrlə polis idaresine aparilib ve fiziki təzyiqlərə məruz qalmışdır. Həmçinin onun ailə üzvlərinə dövlət səviyyəsində təzyiqlər göstərilmiş, məsul vəzifədə işləyən atasına xəbərdarlıq edilmiş və işdən çıxarılaraq aşagı vəzifəli işə keçirilmişdir. Fərid Abdullayeva qarşı polis və digər orqanlar tərəfindən mitinqlər qabağı hədələr edilir və aksiyalara çıxacağı halda həbslə qorxudulur. Partiyanın mətbuat xidmətindən onu da bildiriblər ki, gənclər mitinqlər qabağı təbligat işləri ilə ciddi məşğuldurlar. Aksiyanın daha kütləvi hal alması, onun sıralarının daha da böyüməsi üçün metro stansiyaları yaxınlığında, insanların izdihamlı yerlərində bukiletlər yazaraq paylayırlar. Xatırladaq ki, ADP-çi gənclər bundan öncəki aksiyalarda da bu cür aktiv fəaliyyət göstərdikləri üçün dəfələrlə polis və mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış, başqa insanlarla üzləşdirilərək onlara xəbərdarlıq edilmişdir. Mövcud diktatura sübut etməyə çalışır ki, bu cür çirkin əməlləri ilə, insan haqlarını tapdalamaqla partiya fəallarını öz ideyalarından döndərə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=32640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728