Qubad İbadoğlu partiyasına etirazını bildirdi

08.01.2014 - 18:56

Müsavat Divanının üzvü Qubad İbadoğlu partiyanın Milli Şuradan çıxmasına münasibət bildirib.Müsavat Divanının üzvü Qubad İbadoğlu partiyanın Milli Şuradan çıxmasına münasibət bildirib.
Qubad İbadoğlu “Media forum” saytına açıqlamasında deyib: “Müsavat
Divanının Milli Şura ilə bağlı 6 yanvar qərarının qəbulunda iştirak
etməsəm də, bu məsələyə dair partiya yığıncaqlarında, mətbuat
səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək
hüququmdan yararlanaraq mövqeyimi səsləndirmişəm. Mənim mövqeyim son
qərardan fərqli olsa belə, onu təkrarlamaq istəməzdim, çünki artıq
gecdir, yekun qərar qəbul olunub. Müsavatın nizamnaməsinə görə, partiya
orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün
məcburidir.
Ona görə də yalnız Divanda qərarın tələsik qəbul olunmasına, eyni
zamanda bu fonda müxalifət düşərgəsində onsuz da yaxşı olmayan
münasibətlərin gərginləşməsinə xidmət edən qarşılıqlı ittihamlara görə
təəssüfləndiyimi bildirirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3277

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31