Benzin yenə bahalaşacaqmı?!

08.01.2014 - 19:03
Son günlər benzinin qiymətinin bir daha qalxacağı barədə xəbərlər
gəzir.

Son günlər benzinin qiymətinin bir daha qalxacağı barədə xəbərlər
gəzir.
 
 Bu xəbərləri “Media forum” saytına şərh edən iqtisadçı ekspert
Rəşad Həsənov deyib ki, yanacağın qiymətinin yenidən artacağı ilə bağlı
yayılan məlumatlar həqiqətə uyğun ola bilməz: “Birincisi, hökumət qısa
zaman kəsiyində ikinci qiymət artımının doğuracağı sosial problemləri
nəzərə almaya bilməz. İkincisi, ötən il dekabrın 3-də bahalaşan
yanacağın hazırkı qiymətləri Azərbaycanı neft istehsal edən dövlətlər
arasında ən bahalı ölkələr sırasına çıxarıb. Adətən neft ölkələrində
yanacağa qoyulan qiymətlər 30-55 sent arasında dəyişir ki, bizdə bu
qiymətlər təxminən 90 sent olmaqla kifayət qədər yüksəkdir.
Həm
də dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri fantastik
dəyişikliyə uğramayıb, bir çox analitik isə növbəti ildə Avropa-İran
yaxınlaşması nəticəsində neftin 20-30 faiz ucuzlaşacağını
proqnozlaşdırır.
Başqa bir məqam: ölkə
iqtisadiyyatı, xüsusilə bərbad vəziyyətdə olan yerli istehsal enerji
daşıyıcılarının bahalaşmasını həzm edəcək halda deyil. Bu artım qısa
müddətdə qeyri-neft sektorunu tənəzzülə uğrada bilər. Bütün bunlar
deməyə əsas verir ki, yanacağın qiymətinin artacağı ilə bağlı məlumatlar
əsassızdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3278

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31