Şiələrin İŞİD-i – “Ölüm Manqası”

22.09.2015 - 00:20

rrİŞİD-dən sonra İraqda daha bir radikal qruplaşma meydana gəlib. İraqda fəaliyyət göstərən Asaib Əhl Əl-Hal adlı şiə qruplaşmasının lideri Kazali Türkiyəni ən böyük düşmənləri elan edib.

Kazali Bağdad yaxınlığında stadion tikintisində iştirak edən 18 türk fəhlənin qaçırılmasında əllərinin olmadığını bildirib. Lakin o, İŞİD-ə qoşulanların əksəriyyətinin Türkiyə üzərindən Suriyaya keçdiyini əsas gətirərək bu ölkəni düşmən elan edib.

Qeyd edək ki, türk fəhlələrin İraqda ikinci İŞİD kimi qəbul edilən “Ölüm manqası” tərəfindən qaçırıldığı ehtimal olunur. Onlar Ankaraya göndərdiyi mesajda fəhlələrin azad edilməsi qarşılığında tələblərini irəli sürüblər: kürd neftinin Türkiyədən ixracı dayandırılsın. Suriyada Ceys-ül Fethin Fua və Kafrayyadakı (Suriyadakı şiə bölgələr – red.) mühasirə dayandırılsın, türk əsgərləri İraqdan çıxarılsın.

“Ərdoğan və partiyası bu tələbləri yerinə yetirmədiyi təqdirdə, İraqdakı Türkiyə agentləri mümkün olan ən ağır şəkildə cəzalandırılacaq”, – deyə “Ölüm manqası”nın təhdidində deyilir.

Lakin İraq polisinin keçirdiyi əməliyyat zamanı fəhlələrin qruplaşmanın qərargahında olmadığı ortaya çıxıb. Hazırda türk fəhlələrin azad olunması istiqamətində iş aparılır.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=32799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728