“Azadlıq” meydanında aksiya keçirəcəm”
Anasının ölüdürüldüyünü deyən şikayətçinin İlham Əliyevə ikinci müraciəti
Bakı sakini Səyyarə Heydərova növbəti dəfə ölkə başçısı İlham Əliyevə
müraciət edib. Müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına
ünvanlayıb. Səyyarə Heydərovanın ölkə başçısına yazdıqlarını ixtisarla
təqdim edirik: “2013-cü ilin dekabrın 29-da intihar etmək istədim, lakin
bayram əhvalınızı pozmamaqdan ötrü bunu etmədim. “Azadlıq” qəzeti sizə
müraciətimi yazdı və dekabrın 30-da şəhər prokuroru Əziz Seyidov məni
qəbul etdi. Qəbulda mənə söz verdi ki, ciddi yoxlama aparılacaq və mən
bayramdan sonra gedib anamın xəstəlik tarixçəsini və ekspert rəyini
götürüm. Yanvarın 7-də xəstəlik tarixçəsini və ekspert rəyini almaq üçün
Sabunçu Rayon Prokurorluğuna getdim. Ancaq prokuror məzuniyyətdə idi və
məni prokuror müavini Nazim Xudiyev qəbul etdi. Telefonla uxzun
söhbətdən sonra sürəti mənə verməkdən imtina etdi. Şəhər prokuror isə
belə bir göstəriş verib! Cənab prezident, bu Sabunçu prokurorluğununu
üstündən keçdiyi il iş deyil. Anamı öldürüblər, heç kim tədbir görmək
istəmir. Daha bir çıxış yolu var, yanvarın 12-də, saat 15-də “Azadlıq”
meydanında mitinqə başlayacam və sona qədər dayanacam. 1988-ci ildə biz
sona qədər dayandıq. Tələblərim sadədir:
1. Oqtay Şirəliyev işdən azad edilməlidir, həmçinin cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki
xəstəxanalarda özbaşınalıq hökm sürür və guya onun bundan xəbəri yoxdur.
2. Ekspert Şakir Musayev işdən azad edilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir.
3. 3 saylı Klinik xəstəxananın baş həkimi Xəlil Məmmədov
işdən azad edilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki
əgər vaxtında xəstəxənada anama tomoqrafiya etsəydilər, indi sağ olardı.
Həkimlər Məmməd Məmmədov, Elmira və Namik cinayət məsuliyyətinə cəlb
edilməlidir”. Xatırladaq ki, Səyyarə Heydərova bundan əvvəl də İlham
Əliyevə müraciət ünvanlayıb. O anasının öldürüldüyünü iddia edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3281