Aydın Bəşirovun oğlunun böyük biznesi
İlqar Bəşirov
təkcə “Sail Trading” şirkətindəki gəmilərə 100 milyon dollardan çox vəsait
yatırıb
Vəzifəsindən azad olunduqdan sonra mətbuatın
gündəmindən düşməyən Aydın Bəşirov və oğlu haqda daha maraqlı faktlar ortaya
çıxıb. Jurnalist Aynurə İmranova Aydın Bəşirovun oğlunun biznesi və şirkətləri
haqqında apardığı araşdırma yazsıını “Qafqazinfo”ya təqdim edib. Onu oxucuların
diqqətin təqdim edirik:
“Naftalan”
tankerinin onun buraxılması üçün Aydın Bəşirovdan 5 milyon manat rüşvət
istənilir?
İslam Səfərli, Mühəndis Mustafa Əli, Naftalan… Bu
adlar yəqin Azərbaycan gündəmini izləyən oxuculara çox söz deyir. Təkcə bu il
ərzində mətbuata məlum olan (məlum olmayanların da olması ehtimalı böyükdür)
neft qaçaqmalçılığına görə saxlanılan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
İdarəsinə (AXDGİ) məxsus gəmilərdir. (Gəmilərin adını rəsmi Dövlət Gəmi
reyestrindən dəqiqləşdirilib.
http://ardda.gov.az/NewSite/wp-content/uploads/2012/07/Gem-siyahi-DGR.pdf)
Onlar öz
sularımızda və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Rusiya
sularında (dəqiq desək Mahçkalada) saxlanılıblar. Azərbaycan tərəfi müxtəlif
vaxtlarda saxlanılan gəmilərin qaçaqmalçılıqla məşğul olması barədə israrla
susmağa davam edir.
Bəzi səlahiyyətli şəxslər Azərbaycan tərəfdə
sənədləşmənin qaydasında olduğunu, düzgün aparıldığını, problemin Dağıstanda
olduğunu, bəziləri AXDGİ-nin sadəcə daşıyıcı olduğunu, yükün sifarişçilərə
məxsus olduğunu bildirirlər.
Saxlanılan
qaçaqmala hələ ki, heç bir sifarışçı sahıb çıxmır. Mal qalıb ortada… Bəs “düzgün”
aparılan sənədləşmədə sifarişçinin adı göstərilməli deyilmi? Məsələdə suallar
çoxdur. Azərbaycan rəsmiləri suallarımıza cavab vermədikləri üçün mən Naftalan
tankerinin saxlanıldığı Dağıstan Respublikasının FTX-ə müraciət etdim. Təəsüf
ki, ordan da suallarımızı Azərbaycan tərəfinə yönəltməyi xahiş etdilər.
Dağıstan FTX-ningəmilərin həbsindən sonra RİA NOVOSTİ-yə verdiyi açıqlamadansa
bəlli olur ki, gəmilər Mahaçkaladan Səngəçal limanına gəlirmiş. Sənədləşməyə
əsasən gəmidə 4,5 min ton mazut olmalıymış. Amma tankerdən götürülən mayenin
laboratoriya təhlili göstərib ki, tanker xam neft ilə yüklənib. Ehtimal olunur
ki, daşınan neft Xəzərin Həştərxan şelfində çıxarılıb və Bakı –
Novorossiysk kəmərinə
vurulmaq üçün nəzərdə tutulubmuş.
FTX -nin məlumatına görə məhsul saxlanılan anda Rusiya
Federasiyasında neftin bir tonunun qiyməti 10218 rus rublu (424 AZN), ümumi
tankerdə müsadirə olunan neftin məbləği isə 45 milyondur (təxminən 19 milyon
AZN). Bu fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 226.1 maddəsinin 1-ci bəndinə –
“Strateji ehtiyatların qaçaqmalçılığı” – əsasən cinayət işi başlayıb.
Bəzi mənbələrin verdiyi məlumata əsasən “Naftalan”
tankeri Mahaçkala limanında saxlanılır və onun buraxılması üçün Aydın
Bəşirovdan 5 milyon manat rüşvət istənilir. Amma bu məlumatı dəqiqləşdirmək
mümkün olmadığı üçün biz dəqiqləşdirdiyimiz faktlarla davam edək.
Aydın Bəşirovun
“gül” balası
Mənbələr neft qaçaqmalçılığının arxasında AXDGİ-nin
keçmiş rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovun dayandığını deyirlər. İlqar
Bəşirovun qaçaqmalçılıqda iştirakını təsdiqləyən faktlar hələ ortalıqda yoxdur.
Araşdırma
zamanı əldə etdiyimiz faktlar hələ ki, yalnız onu təsdiqləyir ki, İlqar Bəşirov
atasının rəhbərlik etdiyi sahəyə aid biznes qurub və bu biznesi silah, narkotik
qaçaqmalçılığı qalmaqallarında adı hallanan qaranlıq keçmişli ortaqlarla
işlədir.
İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya
və Böyük Britaniyanı əhatə edir. Tikinti, turizm kimi sahələrdə fəaliyyət
göstərən şirkətləri olsa da, İlqar Bəşirovun əsas fəaliyyət sahəsi dənizçilik
və gəmiçilikdir.
İlqar Bəşirovun Facebook səhifəsi və mətbuatda
yazılanlar onun özünün İstanbulda lüks həyat yaşadığını göstərir. Beləliklə,
Şirkətlər və
ortaqlar
“Sail Trading Denizçilik və Ticaret Limited” Rusiyada
və Türkiyədə fəaliyyət göstərir. Şirkət hazırda 12 yük və sərnişin daşıyan
gəmiyə sahibdir ki, gəmilərin qiyməti 5-15 milyon dollar arasındadır. Gəmilərin
hər birinin sadəcə bir gün üçün icarə haqqı 5-10 min dollar dəyərində
hesablanır. Adi riyazi hesablama göstərir ki, təkcə Sail Trading şirkətindəki
gəmilərə İlqar Bəşirov 100 milyon dollardan çox vəsait yatırıb.Bu vəsaitin
mənbəyi naməlumdur.
İlqar Bəşirovun biznesi artıq bir çox beynəlxalq
gəmiçilik sərgilərində, forumlarında təmsil olunur.
İlqar Bəşirovun şirkətlərin bəziləri dənizdə
qazmaçılıq, təmir-tikinti, gəmi təmiri işini də əsas fəalliyyət sahəsi kimi
göstərib. Aydın Bəşirovun AXDGI-nin rəisi vəzifəsindən azad edilən kimi
əməkdaşların mətbuata verdiyi açıqlamalardan görünür ki, İdarə əsas təmir
tikinti işlərinin sifarişini İlqar Bəşirovun şirkətlərinə veirimiş. Eyni
zamanda verilən məlumata görə tamamilə yararsız 30 tankerin də təmiri sifariş
olunubmuş ki, yeni rəis təyin olunan kimi onların doğranıb metalloma verilməsi
göstərişini verib. Bu faktlar mətbuatda müxtəlif şəxslərin adında verilən
müsahibələrdə öz əksini tapıb.
Türkiyədə “TAİLA İthalat İhracat Limited” şirkəti
vasitəsilə restoran biznesi ilə də məşğul olan İlqar Bəşirovun burdakı ortağı
Nigar Bəşirovadır. Amma başqa şirkətlərdəki ortaqlarını araşdırarkən çox
maraqlı faktlar da qarşımıza çıxdı.
İlqar Bəşirovun
sirli ortağı
İlqar Bəşirovun ortaqlarından birinin adı həm də silah
və narkotik qaçaqmalçılığında hallanır. Daha ətraflı desək “Kent Dənizçilik
Limited” və “Sail Traide Denizçilik və Ticaret Limited” şirkətlərindəki pay
ortağı Sabahattin Su adlı bir türkdür. Adı çəkilən şəxsin ofşor zonalarda
şirkətləri də var. Əvvəl ortaq olduğu şirkətlərdən biri və o şirkətdəki ortağı
olan Bəkir Çələng narkotik və silahqaçaqmalçılığında ittiham olunub, hətta
həmin şəxs bu ittihamla həbs olunub, saxlanıldığı həbsxanada vəfat edib.
Sabahattin Sunun adının hallandığı başqa bir narkotik
və silah qaçarmalçılığı qalmaqalı da var. Su Türkiyə kriminal dairələrində
“İnce Mehmet” kimi tanınan Məhmət Cantaşaməxsus “Sutas Shipping Services LTD”
şirkətinin baş direktoru olub və Cantaş narkotik və silah qaçaqmalçılığına görə
ittiham olunanda “mənim xəbərim olmayıb” deyib, məsuliyyətdən yayınıb. Su,
Türkiyənin məşhur araşdırmaçı jurnalisti Uğur Mumcuya verdiyi müsahibəsində də
“xəbərim olmayıb, şirkətdən ayrılıram” deyib. Mumcunun 1983-cü ilin fevral-mart
aylarında Cümhuriyyət qəzetində dərc olunan araşdırması bir ucu məşhur terrorçu
Mehmet Ali Ağcaya gedib çıxan silah və narkotik qaçaqmalçılığı barədə idi.
Həmin Sabahattin Su İlqar Bəşirovun rəhbəri və
təsisçisi olduğu Kent Shipping şirkətinin Böyük Britaniyada ilk qurucusu olub
və hal-hazırda iki şirkətdə – “Kent Dənizçilik Limited” və “Sail Trading
Denizçilik ve Ticaret Limited” – şirkətlərində onun ortağıdır.
Ofşorlardan
sinaqoqa qədər
Böyük Britaniyada qeydiyyatdan keçən başqa bir şirkət
“Eurocaspian construction &Traiding LTD”dir. Bu şirkətdə də Bəşirovun
maraqlı bir ortağı var.
Əfrayım Kəbudi məşhur offşor şirkətlərin qurucusu kimi
tanınır. Türkiyədə saysız şirkətlərə sahib olan Kəbudi həmçinin Neve Şalom
sinaqoqu fondunun İH üzvlərindən biri olubvə bu gündə həmin fondun əsas
ianəçilərindən biridir. Fonda göstərdiyi maliyyə dəstəyinə görə dəfələrlə
mükafata layiq görülən Kəbudi Türkiyənin yəhudi icmasının onurğa sutunlarından
biri hesab olunur.
2001-ci ildə Böyük Britaniyada Aydın Bəşirovun oğlu
İlqar Bəşirovla “Euro-Caspian Construction & Trading LTD” şirkətini quran
Kəbudi ofşor şirkətlərə xarakterik özəlliklə bir neçəböyük layihə həyata
keçirəndən sonra şirkəti bağlayıb. Amma eyni sahədə fəaliyyətini başqa
şirkətlər açaraq davam etdirib. Bu yəhudi fondlarının milyoner ianəçisini
azərbaycanlı İlqar Bəşirovla nə birləşdirir? Sual açıq qalır.
Bu dəyirmanın
suyu hardandır?
Sual yarana bilər ki, bu boyda neft ölkəsinə qaçaq
neft nəyə lazımdır? İqtisadçı ekspertlər Bakı –
Novorossiysk kəmərinə xəttində neft
çatışmazlığına görə gətirilməsi ehtimalını çox da ağlabatan hesab etmədilər.
Onların fikrincə, əsas səbəb Azerilayt markalı neftin gətirilən xam neftlə
müqayisədə 8-10 dollar bahalı olmasıdır. Ehtimal budur ki, qaçaqmalçılıqla
gətirilib, müəyyən qatqılar ediləndən sonra Azərilayt adı ilə satılan neftdən
qalan fərq milyardlarla manat dəyərində ölçülür. Prosesdə iştirak edən
tərəflərin ən böyük uduşu burdandır. İqtisadçı ekspert Natiq Cəfərlinin
fikirlərinə görə Azərbaycan gətirilib, satışı SOCAR vasitəsilə reallaşan neftin
gəliri və mənbəyi şübhə altına alınmır və belə yollarla da çirkli pulların
yuyulması həyata keçirilir. Amma bir daha vurğulamaq istəyirik ki, bütün bunlar
Azərbaycana qaçaq neft niyə gətirilir sualına cavab axtarılarkən ehtimal olunan
variantlardır. Ümid edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ən azından
Naftalanla bağlı cinayət işini başa çatıdraraq bütün bu suallara da aydınlıq
gətirəcək.
Mövzu açıq suallarla doludur. Sualları hər kəsdən öncə
İlqar Bəşirov cavablaya bilərdi. Buna görə də sorğunu ona ünvanladıq. Cavab
gəlmədi. Bəşirova Facebook səhifəsi vasitəsilə ünvanladığımız sualları bir daha
burada yayımlayırıq.
1. Dağıstanda saxlanılan Naftalan tankerində olan
qaçaqmal neftin sizə məxsus olduğu söylənilir, bununla bağlı nə deyə bilərsiz?
2. Rusiyada, Ukraynada, Türkiyədə, Böyük Britaniyada
şirkətləriniz olub və var. Həmçinin sizi oliqarxlar sırasına aid edirlər.
Şəffalıq üçün mümkünsə deyin varidatınızın mənbəyi hardandır? İmkanlarınız ilk
dövrdə hardan qaynaqlanıb?
3. Bəzi şirkətlərinizdə sizin ortağınız olan
Sabahattin Sunun adı başqa ortaq olduğu şirkətlərdə silah və narkotika
qaçaqmalçılığında hallanıb. Hətta ortaqları həbs də olunub. Sizin də bu işlərlə
əlaqəniz varmı?
4. Atanızın Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəisi
olması faktının sizin şirkətlərinizin böyüməsində nə kimi rolu var?
5. Sizin biznesinizin onun işdən azad olunamsında nə
kimi rolu var?
Aynur İmranova, azpolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=3291