İcra başçısının avtomobili qəza törtdi
Dövlətin xidməti avtomobilin icra başçısının oğlu idarə edirmiş
Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu
qəza tərədib. Sabirabad rayonundan cumhuriyyet.az-a daxil olan məlumata görə, hadisə Pambıq
Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı
“Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ
06” markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb.
Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı
aptekdə imiş. Rayon icra başçısı Nazim İsmayılovun hazırda məzuniyyətdə
olduğu bildirilir. Qeyd olunur ki, keçən il olduğu kimi, bu il də
N.İsmayılov məzuniyyətini ölkə xaricində keçirir. Mənbənin dediyinə
görə, polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə
yerindən aparıb. Hazırda icra başçısının “Prado” markalı maşınının polis
idarəsinin həyətində olduğu da bildirlir. Sabirabad Rayon Polis
İdarəsinin növbətçisi Ramil Kərimov “Axar.az”a bildirdi ki, belə bir
qəza ilə bağlı polisə heç bir məlumat daxil olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3292