İlham Əliyev xalqa yalan danışdı

12.01.2014 - 03:41

TV ekranından dövlət
başçısının
açıqladığı rəqəmlər reallığa uyğun deyil

 

2013-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi
5,3% olub. Bu barədə yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran
vəzifələrə həsr olunmuş iclasda prezident İlham Əliyev bildirib. Dövlət başçısı
yürütdüyü siyasət nəticəsində əhalinin rifahının yüksəldiyini qeyd edib. Ötən
il 110 min yeni iş yeri açılıb, nəticədə işsizlik 5%-ə düşüb, deyə Əliyev
bildirib. Turan agentliyinin kiçik araşdırması göstərib ki, dövlət başçısı
yanlış məlumat verib xalqı çaşdırır.

Dövlətstatkomda Turan-a bildiriblər ki, ev
təsərrüfatlarının araşdırılması başa çatmadığı üçün ölkədə yoxsulluq səviyyəsi
barədə yekun göstəricilərə malik deyillər. Qrafikə əsasən, yerli statistika
orqanları məlumatları onlara yanvarın 15-də verəcək. 45 gün ərzində DSK bu
məlumatları işləyib ölkə üzrə yoxsulluq səviyyəsi barədə yekun göstəricini
müəyyən edəcək.

Yoxsulluq səviyyəsi ev təsərrüfatlarının
0,25%-nin xərclərinin tədqiqi yolu ilə müəyyən edilir. 2013-cü ildə bu, 4250
ailə olub. 2014-cü ildə Dövlətstatkom yoxsulluq səviyyəsini müəyyən etmənin
yeni səviyyəsinə keçir. 2013-2017-cü illərdə statistikanın inkişafı üzrə dövlət
proqramına əsasən, ev təsərrüfatlarının 0,5%-i və ya 9000 ev təsərrüfatı
araşdırılacaq.

DSK-ya görə, 2012-ci ildə yoxsulluq səviyyəsi
(6%) adambaşına istehlak xərcləri 119,34 manat, yaşayış minimumu 108 manat
götürülməklə müəyyən edilib. 2013-cü ildə yaşayış minimumu 116 manat olub və bu
göstərici müəyyən edilməyib.

İqtisadçı Qubad İbadoğlu Turan-a bildirib ki,
hökumətin açıqladığı rəqəmlər reallığa uyğun deyil. Parlament və hökumət
2012-ci ildə yaşayış minimununu 116 manat göstərsə də, İqtisadi Tədqiqatlar
Mərkəzi onun real qiymətinin 169 manat olduğunu müəyyən edib. Pensyaçılar üçün bu göstərici 152 manat (84 manat), uşaqlar üçün 207,30
manat (87 manat) olub. İbadoğu hesab edir ki, yoxsulluq səviyyəsi rəsmi
rəqəmlərdən xeyli yüksəkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3293

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031