Gürcü “Vor zakon”u ailəsinin gözü önündə güllələdilər

12.01.2014 - 12:45

Dato Melkadzedən 20 ilin qisasını aldılar

 

Moskva ətrafındakı Krasnoqorsk şəhərində naməlum şəxslər “Dato Potiyski” ləqəbli “vor zakon” Dato Melkadzeni güllələyib. Bu barədə yanvarın 12-də Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, hadisə “Lerua Merlen” ticarət mərkəzinin
avtomobil dayanacağında baş verib. Melkadze qarnından və çiynindən güllə
yarası alıb, onun vəziyyətinin necə olduğu barədə məlumat verilmir.

NTV xəbər verib ki, “vor zakon” xəstəxanada keçinib, lakin bu informasiya hələ rəsmən təsdiqlənmir.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Melkadzeyə atəş
“Makarov” və “Steçkin” markalı tapançalardan açılıb. Ona atəş açanlar
iki nəfər olub. Melkadze ticarət mərkəzindən arvadı və iki uşağı ilə
birlikdə çıxarkən killerlər onu güllələyib, daha sonra maşınla qaçıb
aradan çıxıblar.

Polis hesab edir ki, bu cinayət Melkadzenin törətdiyi qətlə görə qisas ola bilər.

1994-cü ildə Gürcüstanın Kutaisi şəhərində “vor zakon” Çixladze
arvadı ilə birlikdə evində güllələnib. Bu hücumda onun azyaşlı oğlu
Quram yaralanıb. Quram özünü ölülüyə vuraraq quldurlardan xilas ola
bilib və o, böyüyəndə atasının qisasını alacağına söz verib. Sonralar
Quram “vor zakon” olub və o, öz valideynlərinin qatillərini axtarmağa
başlayıb.

Oğru aləmində düşməni ailəsinin yanında güllələmək qəbul edilməyib.
Bu baxımdan Melkadzenin arvadı və uşaqlarının gözünün qabağında
güllələnməsi 1994-cü ildə onun eyni formada öz düşmənini aradan
götürməsinə cavab ola bilər. Çixladzenin ölümündən sonra Melkadze uzun
müddət həm polisdən, həm də cinayətkar aləmdən gizlənib. Çünki onun öz
düşmənini ailəsi ilə birlikdə öldürməsi və qadına atəş açması, o
cümlədən azyaşlı uşağı ağır yaralaması oğru aləminin qaydalarına zidd
idi.

2011-ci ildə Melkadze Krasnoqorskda saxlanılıb və heroinlə tutulduğu üçün ona şərti iş verilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=3296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031