Azərbaycan futzalçıları Avropa çempionatının finalına çıxdı
Futzal üzrə Azərbaycan yığması tarixi ərzində 4-cü dəfə Avropa çempionatının (AÇ) final mərhələsində oynamaq hüququ qazanıb.
Bu barədə virtualaz.org saytına Azərbaycan Futzal Assosiasiyasının prezidenti Zaur Axundov məlumat verib.
Z.Axundov bildirib ki, Azərbaycan yığması AÇ-nin final mərhələsində oynamaq hüququnu futzal üzrə Avro-2016-nın pley-off mərhələsinin cavab oyunu çərçivəsində Slovakiya yığması ilə sentyabrıın 22-də keçirdiyi cavab matçının nəticəsinə görə əldə edib.
Belə ki, Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub. Bu oyun 1:1 hesabı ilə başa çatıb. Bu hesab isə millimizi AÇ-nin final mərhələsinə çıxarıb.
Yada salaq ki, AÇ-nin final mərhələsinin oyunları gələn il fevralın 2-13 aralığında Belqrad şəhərində (Serbiya) keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=33001