Bakıda silahlı insident

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,
hadisə ötən gecə “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən
“Görüş” kafesinin arxasında baş verib. Kafedən çıxan 25 yaşlı Ramil
Məhərrəm oğlu Novruzov naməlum şəxslər tərəfindən güllələnərək qətlə
yetirilib.
Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Baş
vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda
hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması
istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3303