Qarabağ döyüşçüsündən Ramil Usubova ittiham
“Nazirin qanunsuz əmrinə görə ailə büdcəmə hər ay 64 manat 20 qəpik ziyan dəyir”
“Nazirin qanunsuz əmrinə görə ailə büdcəmə hər ay 64 manat 20 qəpik ziyan dəyir”
Azərbaycan vətəndaşı
Masallı rayon Musaküçə kəndində yaşayan Qarabağ müharibəsi veteranı, təqaüddə
olan polis mayoru, Abbasov Vasif İmran oğlu Azərbaycan Respublikasının Daxili
İşlər Naziri cənab Ramil Usubova müraciət edib. Surəti redaksiyamızın elektron
poçtuna göndərilən müraciətdə vətəndaş üzlə.diyi qanunsuzluqdan bəhs edir. Daxili
İşlər Nazirinin əmrinin qanuna zidd olduğundan şikayətlənən V.Avvasov bundan əvvəl
də R.Usubova müraciət etdiyini bildirərək yazır: “15 avqust – 1948-ci ildə
anadan olmuşam. 29.07.1974-cü ildə D.İ.N-nin Dövlət Yol Polisinə işə qəbul olunmuşam. 16.08.2003-cü ildə Masallı Rayon Polis Şöbəsində Baş Dövlət Avtomobil Müfəttişi vəzifəsində işləyərkən mayor rütbəsində yaş həddi ilə əlaqədar təqaüdə çıxmaq vaxtım çatmışdır. Qanuna əsaslanaraq D.İ.N-nə raportla müraciət etdim. Qanuna müvafiq cənab Nazirin əmri ilə bir il müddətinə xidmət vaxtı uzadıldı, verilmiş əmrin müddəti bitməyə (yəni 16.08.2004-cü ildə bir il tamam olmağa) 70 gün qalmış vaxtından qabaq heç bir əsas olmadan, müəyyən məmurların maddi maraqları hesabına, D.İ.O-da xidmətdən xaric edilmənin esaslarının 135-ci və 142-ci maddələrinə zidd olaraq 05.06.2004-cü ildə qanunsuz vaxtından qabaq təqaüdə çıxarılmışam. Bu barədə dəfələrlə müraciət etmişəm. qanuna müvafiq cavab verilməyib.
Nazirlərin bölgələrə səfəri zamanı 21.09.2013-cü ildə
Lənkəran şəhərində cənab Ramil Usubovun qəbulunda olub ərizəmlə müraciət etdim
və şifahi olaraq ərizəmdə yazdıqlarımı ona çatdırdım. Məni axıra qədər diqqətlə dinlədi və mənə cavabında dedi: “Sizin deməyinizdən belə çıxır ki, mən öz əmrimin əksinə vaxtından qabaq əmr vermişəm”
Həmin anda köməkçisi yanında olan polkovnik Fərman müəllimə göstəriş verdi əmrin vaxtından qabaq verilməsini araşdırıb şikayət ərizəsinin həllini təmin edin. Bu sözlərə görə cənab Nazirə təşəkkürümü bildirdim. Mənim bu sevincim çox çəkmədi 05.10.2013-cü il tarixdə aldığım cavab məktubunda həmişə ki, kimi aylıq aldığım təqaüdü hesablanaraq mənə cavab verərək bilərəkdən süründürməçiliyə yol verərək, qanunsuz olaraq təqaüdə vaxtından 70 gün qabaq verilmiş əmrin səbəbləri niyə araşdırılmır?
Əgər bu qanunsuz verilmiş əmr vaxtında qanuna anadan olduğum gün (yəni 15.08.2004-cü ildə) verilsəydi daxili işlər orqanına xidmətə 29.07.1974-cü il tarixdə işə başlamağı nəzərə alsaq, onda mənim daxili işlər orqanında fasiləsiz xidmət illəri 30 il 19 gün olacaqdı. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarın 1 nömrəli əlavəsinə əsasən, fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində əlavə ödəniş hesablanmalıdır və hazırda bu hesabla təqaüdüm 1206 manat 20 qəpik olmalıdır. Nazirin vaxtından 70 gün qabaq qanunsuz verilmiş əmrə görə, fasiləsiz
xidmət illəri 29 il, 10 ay, 9 gün olmuşdur. Bu da fasiləsiz xidmət illəri 30
ildən az olduğuna görə 40 faizlə hesablanır və mənim təqaüdüm hazırda 1142
manatdır.
Beləliklə, vaxtından qabaq qanunsuz səhvən verilmiş əmrə
görə ailə büdcəmə hər ay 64 manat 20 qəpik ziyan dəyir. Ona görə sizdən xahiş
edirəm bu qanunsuzluğa, süründürməçiliyə, əlavə yazışmalara son qoymaq üçün mənim
təqaüdə vaxtından qabaq qanunsuz çıxarılmağımın səbəbini araşdırıb qanuna görə
30 ildən çox fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50
faizi məbləğində əlavə ödənişlə hesablanmasını təmin edəsiniz və bununla
yazışmalara, qanunsuzluqlara son qoyulsun. Qanunla ədalət həmişə zəfər çalsın.”
Short URL: http://www.cumhuriyyet.net/?p=3305