Hacı Nuranın səhhəti pisləşdi – Azərbaycana gəlir…

27.09.2015 - 20:15
nuran“Əziz və sevimli dostlarım! Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az abu-havamı dəyişim”.
Bu sözləri Almaniyada müalicə olunan aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.
O, bir neçə günlük Azərbaycana gəldiyini bildirib:
“Neçə vaxtdır ki, Azərbaycana heç olmasa, bir saatlıq gəlmək arzusu ilə yaşayıram. Dünən yanıma gələn Avropa Oyunları (Bakı-2015) Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov mənim arzumu həyata keçirdi. İnşallah, mən sabah (28.09.2015) saat 21:10-da Almaniyanın “Lufthansa” hava yollarının Frankfurt-Bakı aviareysi ilə bir neçə günlük Azərbaycana gəlirəm. Sonra müalicə və transplantasiya üçün təkrar Almaniyaya qayıdacağam. Görüşənədək…”. qafqazinfo.az

Short URL: http://www.cumhuriyyet.net/?p=33096

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728