Aydın Bəşirov üçün “qara həftə”

12.01.2014 - 16:16

Dövlət
Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisinin qohumları “vuruldu”; özünün həbs
təhlükəsi realdır

 

Son
günlərini yaşadığımız həftənin əsas hadisələrindən biri də Azərbaycan Dövlət
Xəzər Dəniz Gəmiçiliyində baş verən ilginc olaylardır. Belə ki, sözügedən
idarənin keçmiş rəisi Aydın Bəşirovun fəaliyyət dövrü ciddi şəkildə araşdırılır
və son məlumatlara görə, artıq idarənin bir sıra işçiləri istintaqa belə cəlb
olunub. Araşdırmalar isə Aydın Bəşirovun imza atdığı fantastik maliyyə
maxinasiyaları ilə bağlıdır.

Paralel
olaraq isə Aydın Bəşirovun XDG-dəki qohumlarından ibarət şəbəkənin çökdürülməsi
prosesinə start verilib. Onun idarədəki bütün yaxın qohumları hədəfə alınıb və
ardıcıllıqla vəzifədən uzaqlaşdırılırlar. Dünən isə sabiq rəisin daha bir
qohumu vəzifədən uzaqlaşdırılıb. Aydın Bəşirovun daha iki qohumunun rəhbərlik
etdiyi müəssisədə isə ciddi yoxlamalar aparılır.

Əldə
etdiyimiz məlumata
görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar Şöbəsinin rəis
müavini Firudin Ömər oğlu Ömərov vəzifəsindən uzaqlaşdırılıb. Rəsmi əmrlə
tutduğu vəzifəsindən azad edilən F.Ömərov üzən heyətə 2-ci dərəcəli mexanik
vəzifəsinə keçirilib. Xəzər Dəniz
Gəmiçiliyindən verilən məlumatda qeyd olunur ki, Aydın Bəşirovun digər iki
yaxını – İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktoru Ağaəmi
Bəşirov və Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun fəaliyyətlərinin
təftişi son mərhələdədir. Hər iki məsul şəxsin rəhbərlik etdiyi strukturlarda
aparılan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib. Onların
xüsusi qaydada işdən uzaqlaşdırılacağı istisna edilmir.

Xatırladaq ki, buna qədər isə Xəzər Dəniz
Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun bacısı oğlu, Donanmanın Maddi-Texniki
Təchizatı şöbəsinin rəisi Ramazan Ağaverdiyev də vəzifəsindən azad edilib.
Aydın Bəşirovun digər bacısı oğlu, Donanmanın Kadrlar şöbəsinin Bərə bölməsinin
komandir heyətinin inspektoru Məmməd Şirinov da vəzifəsindən uzaqlaşdırılıb.

Baş verənlərin təhlili isə göstərir ki, Aydın
Bəşirovun yaşadığı bu “qara həftə” yaxın gələcəkdə daha böyük qaranlıqlar vəd
edir. Proseslər hətta onun həbsinə qədər irəliləyə bilər, təbii ki, burada
həlledici amil sabiq rəisin bugünlərdəki davranışıdır. Belə ki, təcrübə də
göstərib ki, belə sitiuasiyalarda xüsusi sifariş yoxdursa “qaralanan məmur”un
bütün varidatına əl qoyulur. Çox böyük ehtimalla aparılan istintaq da Aydın
Bəşirovun üzdə olan və olmayan biznes şəbəkələrini aşkarlamağa xidmət edir.
Sabiq rəis varidatının əhəmiyyətli hissəsinin əlindən çıxmasına müqavimət
göstərməyəcəksə onun həbsi də gündəmə gəlməyə bilər. Amma azacıq müavimət Aydın
Bəşirovu heç arzulamadığı həbsxana divarları ilə də “tanış edə bilər”…

Şamil

Short URL: http://www.cumhuriyyet.net/?p=3311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930