Müsavatdan daha bir istefa

12.01.2014 - 16:45

“Çox böyük təəssüf hissi ilə Müsavat
partiyasının sıralarını tərk edərək AXCP-yə üzv oluram”

“Çox böyük təəssüf hissi ilə Müsavat
partiyasının sıralarını tərk edərək AXCP-yə üzv oluram”

 

Müsavatın Salyan rayon təşkilatının üzvü Cavanşir İbrahimli
partiyanın Milli Şuradan çıxması və başqa məsələləri əsas gətirərək
istefa verdiyini açıqlayıb. Bir nüsxəsini də saytımıza göndərən
Cavanşir İbrahimli məktubunda bunları yazıb:

“Hörmətli İsa bəy!

Mənim 58 yaşım var. Azərbaycan xalq Hərəkatının fəal
iştirakçılarından olmuşam. 2001-ci ildən Müsavat Partiyasının Salyan
rayon təşkilatının üzvü olmuşam. Partiyanın keçirdiyi bütün kütləvi
etiraz aksiyalarında və seçkilərdə aktiv iştirak etmişəm. Ana babam
Məmmədəli Şükürbəyli 1918-1920-ci illərdə Müsavatın Salyan qəzasının
katibi olub. Sonralar ailəvi repressiya olunaraq güllələnib. 

Son vaxtlar Müsavatın apardığı siyasətə və xüsusilə partiyada əsas
söz sahibi olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun
açıqlamalarına etiraz əlaməti olaraq çox böyük təəssüf hissi ilə Müsavat
partiyasının sıralarını tərk edərək AXCP-yə üzv olmaq niyyətimi bəyan
edirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031