Rəsulzadə müxalifəti bir araya gətirə billəcəkmi?

12.01.2014 - 17:16

Milli Şuranın
31 yanvar tədbirində Müsavat müamması; Partiya mitinqlərə qatılacağı haqda qəti
söz demir

 

Rəsulzadə müxalifəti bir araya gətirə billəcəkmi?

Rəsulzadə müxalifəti bir araya gətirə billəcəkmi?Milli Şuranın
31 yanvar tədbirində Müsavat müamması; Partiya mitinqlərə qatılacağı haqda qəti
söz demir

 

Məlum olduğu kimi, bir neçə gün öncə Milli Şuranın əsasını
təşkil edən partiyalardan biri – Müsavat
Milli Şuranı tərk etdi. Bundan sonrakı dönəmdə Milli Şuranın və Müsavat
Partiyasının mitinq məsələsində necə hərəkət edəcəyi maraqlıdır. Onlardan hər
hansı biri aksiya keçirərsə, digəri ona dəstək verə bilərmi? Ümumiyyətlə, Müsavat Partiyası aksiya
planlaşdırırmı? Yaxud da Milli Şura aksiya keçirsə, Müsavat həmin aksiyada
iştirak edəcəkmi? Bu suallara cavab almaq məqsədilə Müsavat başqanının müşaviri
Mustafa Hacıbəylinin münasibətini öyrənmişik.

O, mitinqlə bağlı qarşılıqlı müzakirə aparılacağını
istisna etmədi: “Mitinqlə bağlı müzakirələr gedir. Ola bilsin ki, fevralda bir mitinq keçirək. Əgər Milli Şura
mitinq təşkil etsə, Müsavat Partiyasının mitinqə qatılıb-qatılmayacağı müzakirələrdən
asılı olacaq. Biz əslində Müsavat Partiyası olaraq bütün siyasi təşkilatlarla əməkdaşlıq
etməyin tərəfdarıyıq. Eyni zamanda xatırlayırsınızsa, əməkdaşlıq və müttəfiqlik
haqqında saziş-layihələrlə çıxış etmişik. Burada onu nəzərdə tutmuşuq ki, kütləvi
aksiyaların keçirilməsi, siyasi məhbusların hüquqlarını müdafiəsi, digər köklü
problemlərin həlli ilə bağlı birgə tədbirlər keçirilsin. Ona görə biz birgə
mübarizənin tərəfdarıyıq.”

M.Hacıbəyli M.Ə.Rəsulzadənin doğum günü məsələsinə
də toxunub: “20 ildən artıqdır ki, hər il yanvarın 31-də Rəsulzadənin abidəsini
ziyarət edib onun abidəsi önündə tədbir keçiririk. Xoş, sevindirici haldır ki,
bu günə qatılmayan partiyalar da son illər bizim təşkil etdiyimiz tədbirlərə
qatılırlar. Bu çox müsbət haldır. Eyni ilə bu il də Müsavat Partiyası M.Ə.Rəsulzadənin
doğum günü Novxanıda bu tədbiri keçirəcək”.

Milli Şuranın mitinq keçirib-keçirməyəcəyi barədə
suala cavab verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə mitinqin nə vaxta
planlaşdırmasından danışıb: “Yaxın müddətdə hələ ki, heç bir tədbir
planlaşdırmırıq. Bunun üçün Milli Şuranın sessiyası keçirilməli və bu mövzu
müzakirə olunmalıdır”.

“Yanvarın 31-də M.Ə.Rəsulzadənin abidəsini ziyarətə
Milli Şura tək, yoxsa müxalifət düşərgəsi ilə birlikdə qatılacaq” sualına isə
Fuad Qəhrəmanlı bunları deyib: “Rəsulzadənin yubileyi ənənəvi qaydada qeyd
olunacaq. Bununla bağlı
Novxanıda Rəsulzadənin abidəsi önündə tədbir keçirilməsi nəzərdə tutulur. Bu
Milli Şuranın təşəbbüsü ilə olacaq. Bundan əlavə Milli Şurada təmsil olunmayan
müxalifət partiyaları da tədbirdə iştirak edəcək. Təbii ki, bu ümummilli bir məsələ
olduğu üçün hər kəsin bu tədbirdə iştirak etməsi mümkündür. “

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031