Mikayılov Cabbarov İçərişəhəri bazara çevirib

12.01.2014 - 18:47

 Nazir dövlət qoruğunu öz dövründə kafe-restoranlar, hotellər yuvasına
döndərib, məmurlar göydələnlər tikib kirayəyə verirlər; Bakının qədim
tarixi ərazisi xəritədən silinir

Nazir dövlət qoruğunu öz dövründə kafe-restoranlar, hotellər yuvasına
döndərib, məmurlar göydələnlər tikib kirayəyə verirlər; Bakının qədim
tarixi ərazisi xəritədən silinir

Bakının tarixi mərkəzi xəritədən
silinir. Köhnə İçərişəhərlə bu günü müqayisə etsək, dövlət qoruğunun
artıq Dubaya ya da istirahət mərkəzinə çevrildiyini görə bilərik. Sanki
dövlət qoruğu yox, turizm məskənidir.
Halbuki, qədim binalar və
tarixi olan tikililər qorunub saxlanmaqla Bakının ən əzəmətli nöqtəsi
növbəti nəsillərə əlbəəl ötürülə bilərdi. Amma kommersiya maraqları,
məmurların acgözlüyü İçərişəhəri restoranlar şəbəkəsi olan bir yerə
çevirib. Xüsusilə indiki təhsil naziri Mikayıl Cabbarovun dövründə
İçərişəhər ən vandalizm günlərini yaşayıb.
Belə ki, İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təhsil
naziri postuna təyin olunduqdan sonra burada aparılan təmir-tikinti
işləri qismən dayanıb. İçərişəhər sakinləri deyirlər ki, təmirə bağlanan
Qız Qalasında işlər davam etdirilsə də, başqa yerlərdə əvvəlki kimi
tikinti bumu yaşanmır.
Məlumat üçün bildirək ki, Qız Qalasının
təmiri və bərpasına dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb.
Bərpa işləri Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılıq
etdiyi “Atelier Erich Pummer” şirkətinə həvalə edilib. Bərpa prosesinin
isə 2013-cü ilə qədər bitəcəyi gözlənilirdi. Amma 2014-cü il başlayıb və
rekonstruksiya işləri gedir.
İçərişəhər sakinləri həmçinin
bildirirlər ki, tarixi qoruqda qala divarlarının bir neçə yerində baş
verən dərin çatlar hələ də təmir olunmayıb. İçərişəhərdə Kiçik Qala
küçəsinin sakinləri şikayətlənirlər ki, tarixi qoruğun ərazisində yeni
restoran və kafelərin sayı çoxalır.
Sutkada 24 saat fəaliyyət
göstərən restoranların fəaliyyəti burada yaşayan sakinləri olduqca
narahat edib. Sözügedən küçədə yaşayanlar deyirlər ki, sürətlə çoxalan
restoran və kafelərin gediş-gəliş yollarının üzərində tikilməsi onların
avtomobilləri ilə evlərinə gəlməsinə və həmin restoranlardan çıxan
tüstü-dumanın hər yeri bürüməsinə səbəb olur.
Dəfələrlə İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin keçmiş rəhbəri Mikayıl
Cabbarovun qəbulundan olublar. Ona bu məsələ ilə bağlı narahatlığı ifadə
ediblər. Amma həmin kafe və restoran sahibləri deyirlər ki, biz lazımı
olan yerlərin aylıq “hörmət”ini edirik. Gedin, hara şikayət edirsiniz,
edin. Hətta burada qoruq idarəsinin işçilərinin də bir neçə kafesi
fəaliyyət göstərir. Təkcə restoranlar yox, hotellər, səfirliklər üçün
ofislərin istifadə olunduğu yer olub İçərişəhər.
Ümumiyyətlə, bir
neçə minillik tarixi olan İçərişəhər məhv olmaq təhlükəsi ilə üz-üzədir.
İçərişəhərin qədim qala divarları bərpa olunmaq əvəzinə uçurulur.
Sökülən divarın yerində kubik və armaturdan yeni divar inşa edilir.
M.Cabbarovdan
sonra yeni rəhbər Samir Nuriyevin dövründə isə tikinti işləri nisbətə
azalıb. Amma İçərişəhərin görkəmi tamam dəyişib, tarixilik koloriti
it-bat olub. Bir müddət öncə bu qədim şəhərin bərpasına başlansa da,
artıq burada əksər abidələr dağıdılıb, yerində çoxmərtəbəli binalar inşa
olunub. Şəhərin görünüşü pozulub, ərazisində həddindən artıq sıxlıq
yaranıb və şəhər demək olar ki, yüklənib. Burada tikilən yeni hotellər
artıq qala divarlarından da üstə çıxıb.
Avtomobillər də İçərişəhəri
zəbt edib. Avtomobillərin sıxlığından orada nə səki görmək olur, nə də
küçə. Başa düşmək olmur ki, İçərişəhərə gəlmisən, yoxsa avtomobil
dayanacağına. Bu biabırçılıq İçərişəhərə təhqirdir. Şəhərin Qoşa Qala
qapısından içəri daxil olan kimi sağda da maşın cərgəsi var, solda da,
qarşıda da.
Yuxarı qalxırsan, orada da şirkətlər və onların da
qarşısında maşın sırası var. İndi turistlərin İçərişəhərdə rahat gəzib
istirahət etməsi üçün yer qalmayıb. Bir az Şirvanşahlar sarayı tərəfdə
yer qalıb. Qalan yerlərin hamısı çoxmərtəbəli binalarla əhatə olunub.
Mütəxəssislər
deyirlər ki, İçərişəhər Dünya Abidələri siyahısından çıxa bilər.
Turistlər ölkəmizə gələndə onlara qədim tarixi abidələrimizi göstəririk.
Başqa onları nə maraqlandırır? Göydələnləri onlara göstərməyin mənası
yoxdur. Çünki bu cür tikililərdən onların ölkələrində yetərincə var.
Artıq İçərişəhərin o qədim quruluşu itib. Yəni əvvəllər İçərişəhərin hər
nöqtəsindən Xan Sarayı görünürdüsə, bu gün o tikili itib-batıb.
Bundan
başqa, İçərişəhərdə yaşıllıq qalmayıb. İçərişəhərdə sərin su kəhrizləri
betonla doldurulub, hava gələn dar küçələri tutulub, qədim tarixi su
quyuları doldurulub, məhv edilib. Hərə bu balaca yerdə bir firma, bir
səfirlik, bir bank və digər təşkilat açır.
Sakinlər bildirirlər ki,
İçərişəhərdəki müasir binaları hansısa məmur, vəzifə sahibi tikib verib
kirayəyə. Rəsmi açıqlamaya görə, Qala divarlarının Bakı meriyasından
İsmailiyyə (Milli Elmlər Akademiyası) binası ilə yanaşı olan topxanaya
kimi restavrasiyası və konservasiyasına başlanıb. Bu hissədə qala
divarlarının möhkəmləndirilməsi və restavrasiyası ilə bağlı
genişmiqyaslı iş aparılır. Xatırladaq ki, İçərişəhər Orta Şərqin ən
qədim məskənlərindən biridir. Aparılan qazıntılar göstərir ki, bu ərazi
hələ tunc dövründə (eradan əvvəl 4-cü minilliyin sonlarından 2-ci
minilliyin sonuna kimi) məskunlaşıb. 19-cu əsrədək bir neçə minlik
məhəllə elə Bakının özü demək idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=3320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930