Səfa Mirzəyev haqda şok ittihamlar

17.09.2012 - 00:01
Deputatlara telefon qadağası qoyan şəxsin özü deputat deyil
Abdulla Öcalanın adını çəkdiyi Səfo Mirzoi kimdir?

“Deputatların Milli Məclisin binasına smartfon tipli
telefonlarla daxil olmasını qadağan edən qanunsuz əmrin müəllifi Milli
Məclis Katibliyinin rəhbəri Səfa Mirzəyevdir”. Bunu virtualaz.org saytının müxbiri ilə söhbətlərində bu anlamsız qərardan hiddətlənmiş deputatlar deyiblər. Yada salaq ki, S.Mirzəyevin müvafiq əmri bir neçə gün öncə Milli
Məclisin elanlar lövhəsindən asılıb. Amma bu qeyri-adi əmr geniş ictimai
müzakirələrə səbəb olduğundan Milli Məclis Katibliyinin rəhbərliyi
həmin sənədi göz qabağından yığışdırıb gizlətmək barədə göstəriş verib.
Katiblik tələm-tələsik qaydada belə bir açıqlama verib ki, sözügedən
qadağa deputatlara yox, Milli Məclis Katibliyinin əməkdaşlarına və
jurnalistlərə aiddir.

Qeyd edək ki, həmin gülməli əmrin təkzib olunmasına və ya onun dəyişdirilməsinə dair rəsmi açıqlama hələ də verilməyib. Deputatlar hesab edir ki, Səfa Mirzəyevin belə bir əmr vermək
ixtiyarı yoxdur. Əgər belədirsə, Katiblik rəhbəri səlahiyyət hüdudlarını
aşaraq qanunları kobud şəkildə pozur. Çünki Səfa Mirzəyevin parlamentin
fəaliyyətinə əslində heç bir dəxli yoxdur. O, hətta heç deputat da
deyil. Bu mənada onun spiker Oqtay Əsədovun səlahiyyətlərinə girişməsi
başadüşülən deyil.

Səfa Mirzəyevin adı buna qədər də qalmaqallı işlərdə hallanıb. Məlumatlara görə, Türkiyə millətçiləri Azərbaycanın Milli Məclisinin bu
günə qədər PKK-nı terror təşkilatı kimi tanımamasını da anlamadıqlarını
və bu məsələdə konkret bir məmurumuzun əməlli-başlı sipər rolunu
oynadığını ifadə ediblər: “Türkiyə millətçiləri bəyan ediblər ki, bu
işdə Azərbaycanın Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev birbaşa
olaraq maraqlı tərəfdir”. İttihamlarda bildirilir ki, Səfa Mirzəyev iki dəfə Azərbaycanın müxalif
deputatları tərəfindən PKK-nın terror təşkilatı kimi tanınması
məsələsinin müzakirəyə çıxarılmasını əngəlləyib.

Dəfələrlə yazılıb ki, Azərbaycan parlamentində də PKK-ya simpatiya
bəsləyən, bu təşkilatı kürdlərin milli-azadlıq hərəkatı hesab edən,
toylarda və özəl məclislərdə xəyali “Kürdüstan dövləti”nin şərəfinə badə
qaldıran xeyli deputatlar və dövlət məmurları var. Hətta şair Rüstəm
Behrudi ötən parlamentdə bu cür deputatların sayının 27 nəfər olduğunu
bildirmişdi. Bir şairin açıqlaması bir yana, həbs olunandan sonra
Türkiyə MİT-inə verdiyi ifadədə A.Öcalan Azərbaycan haqqında danışanda
ən çox adını hallandırdığı və özünün yaxın dostu hesab etdiyi Səfo
Mirzoinin adını çəkmişdi. Bəs bu Səfo Mirzoi kimdir?ferid
Sualın
cavabı üçün öncə PKK rəhbərinin ifadələrini dəqiq şəkildə nəzərdən
keçirək: “SSRİ dağılandan sonra Azərbaycan parlamentində hüquq şöbəsinin
şefi olan Səfo Mirzoi bizim dostumuzdur. Səfo Mirzoinin xidməti
nəticəsində o vaxtkı cümhurbaşqanı azsaylı xalqların hüquqlarının
qorunması ilə əlaqədar qanun imzaladı”.
A.Öcalanın nəzərdə tutduğu
sənəd qanun yox, fərman olub və eks-prezident Əbülfəz Elçibəy belə bir
fərman imzalayıb. A.Öcalan həmin fərmanın imzalanmasını Səfo Mirzoinin
xidməti sayır. Çünki separatçılar bu fərmandan istifadə edərək PKK-nın
fəaliyyətinin genişlənməsinə şərait yaratdılar. Belə ki, məlum fərmandan
sonra Azərbaycanda Kürd Mədəniyyət Mərkəzi adı altında həqiqətən kürd
separatçılığını təbliğ edən qurum yarandı. Səfo Mirzoinin də bu məsələdə
xüsusi xidməti ondan ibarət olub ki, PKK mədəniyyət mərkəzi vasitəsilə
Azərbaycanda öz fəaliyyətini genişləndirə bilsin.
Amma əsas bu deyil.
Əsas odur ki, Öcalan Milli Məclis Aparatının hüquq şöbəsinin şefi
deyəndə hal-hazırda da parlament aparatında çalışan Səfa Mirzəyevi
nəzərdə tuturdu. Həmin illərdə Səfa Mirzəyev doğrudan da şöbə müdiri
idi, sonradan isə Milli Məclis Katibliyinin rəhbəri oldu. Öcalan
ifadəsində onun adını bir yox, bir neçə dəfə çəkir.
Türkiyə xüsusi
xidmət orqanlarının mətbuata açıqladığı istintaq materiallarında bir
məqam xüsusən diqqət çəkir ki, Öcalan Türkiyə və Amerikanın təzyiqindən
Rusiyaya sığınanda rəsmi Moskva ona ölkəni tərk etməyi məsləhət görüb.
O, ifadəsində deyir ki, həmin vaxt onun yanına Ermənistandan yezidi
kürdü general Mustafa Mustafayovski gəldi. Səfa Mirzəyevlə də onun
münasibətlərini Mustafa Mustafayovski qurub. Mustafayovski həmin adamın
kod adıdır. Öcalan bildirir ki, onlar birgə Moskvadan Bakıya telefon
açıb Səfo Mirzoi ilə danışıblar: “Ondan hara getməyimlə bağlı kömək
istəyəndə Səfo Mirzoi Ermənistana getməyimi məsləhət bildi”. Onu da
qeyd edək ki, Səfa Mirzəyev barədə bu cür iddialar indiyədək ölkənin ən
müxtəlif qəzetlərində dərc olunub. Lakin bu günə qədər də onları təkzib
edən tapılmayıb.

Fərid Abdullayev, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031