Rəsulzadəyə qənim kəsilən rejim

13.01.2014 - 02:40
20 illik YAP hakimiyyətinin ayağına yazılan 15 fakt

 
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev M.Ə.Rəsulzadənin
130 illik yubileyi ilə əlaqədar fərman imzalayıb. Bu fərmandan irəli
gələn tədbirlərdən biri kimi isə hakimiyyətin Rəsulzadəyə qarşı olan
hücumlara son vermək yaxşı olardı. Bunu isə biz yox, faktlar deyir.
Savash.org həmin faktları oxucularına təqdim edir:

1999-cu ildə Rəsulzadənin BDU-dakı büstü götürüldü. 
2000-ci ildə BDU-dan Rəsulzadənin adı silindi.
2000-ci ildə Ağcabədidə büstü götürüldü.
2007-ci il Ağsudan heykəli götürüldü.
2007-ci ildə Kukla teatrı önündə abidə ucaldılacağı barədə məlumat olan lövhə götürülərək, əvəzində fəvvarə quraşdırıldı.
2011-ci Qobustandakı heykəli götürülüb arxivə verildi.
2012-ci il Sabirabaddan büstü götürüldü.
2012-ci il Tərtərdən büstünü götürüb, yerində YAP binası tikildi.
2013-cü ildə Bakıda 28 may metrostansiyasında barelyefi yığışdırıldı.
2013-cü il Gəncədəki abidəsi ziarət edilməməsi üçün hasarlandı..
Rəsulzadənin yaşadığı 3 ev də hazırda onun ailəsinə aid deyil:
Hazırda Novxanıda Rəsulzadənin doğulduğu ev uşaq baxçasıdır.
Bakıda Rəsulzadəyə məxsus mənzil BP-nin təlim mərkəzinə verilib.

Rəsulzadənin nəvəsinin Novxanıdakı bağ evini bir məmur zəbt edib.
Rəsulzadənin Bakı şəhərində bir dənə də ev muzeyi yoxdur

Short URL: http://www.cumhuriyyet.net/?p=3330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930